XİN Azərbaycan tərəfindən Ermənistana qarşı başladılan arbitraj prosesinə dair məlumat yayıb

19.01.2023, 11:06

18 yanvar 2023-cü il tarixində Azərbaycan “Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında” Bern Konvensiyasına uyğun olaraq indiyədək məlum olan ilk dövlətlərarası arbitraj prosesini başladıb. Bu tarixi arbitraj işi, təxminən otuz il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin qanunsuz işğalı dövründə Ermənistanı Azərbaycanın ətraf mühitinin və biomüxtəlifliyinin geniş miqyasda məhv edilməsinə görə məsuliyyətə cəlb etmək məqsədi daşıyır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Gunaz.tv Quote | Gunaz article

Qeyd edilib ki, 2020-ci ildə ərazilərini işğaldan azad edən Azərbaycan, Ermənistanın qanunsuz işğalı dövründə ətraf mühitin məhv edilməsi ilə bağlı bütün dəlilləri toplayıb. Bu əməllər bölgədəki təbii yaşayış mühitinə və növlərinə ciddi ziyan vurmaqla, təbii ehtiyatların tükənməsinə və biomüxtəlifliyin məhv olmasına səbəb olub.

"Ermənistan tərəfindən meşələrin kütləvi şəkildə qırılması, ağacların kəsilməsi və işğaldan öncə təbiət qoruqları olan ərazilərdə qanunsuz tikinti və mədənçilik fəaliyyətinin aparılması ilə ərazilərin çirklənməsi Azərbaycanda 500-dən çox vəhşi təbiət növünü təhlükə altında qoyub.

2022-ci ildə BMT-nin Ətraf Mühit Proqramı (UNEP) Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində “xüsusi mühafizə olunan və qiymətli meşələr”in qorunmadığını qeyd edib. Laçında yerləşən Dəmirli-1 mədəninin, Qalaça su elektrik stansiyasının və Çardağlı mədəninin tikilməsi üçün yaşayış yerlərinin məhv edilməsi də daxil olmaqla, meşələrin qırılmasının ifrat dərəcəsini göstərən əyani dəlillər mövcuddur.

Ermənistanın bu addımları çayların, o cümlədən Ermənistandan Azərbaycan ərazisinə axan transsərhəd çayların həddindən artıq çirklənmə səviyyəsinə gəlib çıxmasına da səbəb olub.

2022-ci ildə UNEP, həmçinin Ermənistanın bölgədəki mədən sənayesinin inkişafının çayətrafı yaşayış yerlərində “suyun, torpağın, flora və faunanın kimyəvi çirklənməsinə” səbəb olduğunu, Oxçuçay çayında yüzlərlə balığın ölü tapıldığını, bir neçə qorunan balıq və amfibiya növünün təhlükə altında olduğunu qeyd edib.

Azərbaycan tərəfindən qaldırılan dövlətlərarası iddiada bildirilir ki, digər öhdəliklərlə yanaşı, Ermənistan bütün vəhşi flora və faunanın populyasiyalarını qorumaqla bağlı Bern Konvensiyasından irəli gələn hüquqi öhdəliklərini, xüsusilə də, vəhşi flora və fauna mühitinin qorunub saxlanılmasını, bərpasını və təkmilləşdirilməsini təmin etmək üzrə öhdəliyini kobud surətdə pozub.

Birləşmiş Millətlər Təşkilatının Ekosistemlərin Bərpası Onilliyinə uyğun olaraq, Azərbaycan beynəlxalq ictimaiyyəti Ermənistanın dünyanın ən zəngin və bioloji müxtəlif ekosistemlərindən birini işğal dövrü ərzində məhv etməsini pisləməyə çağırır.

Arbitraj prosesi çərçivəsində Azərbaycan Ermənistandan Bern Konvensiyasının hazırda davam edən bütün pozuntularına son qoymağı və işğal altında olmuş ərazilərdə ətraf mühitin məhvinə görə Azərbaycana tam kompensasiya ödəməyi tələb edir", - deyə bildirilib.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Urmu-Təbriz magistral younun ödənişləri bahalaşıb-Sürücülər narazıdır

2023-05-27

gun az article

"Bu, xalqı üz-üzə qoymaq cəhdidir"-Təbrizin millət vəkili hökuməti tənqid etdi

2023-05-27

gun az article

 “Azərbaycan dövləti güneyin problemlərinə laqeyd qalmayacaq”-Oktay Qasımov-MÜSAHİBƏ

2023-05-27

gun az article

"Urmu" və "Yağış" adlı əkizlərə 4 aydan sonra kimlik vəsiqəsi verildi

2023-05-27

gun az article

Milli fəal Hüseyn Amani Təbriz həbsxanasına köçürülüb

2023-05-27

gun az article

Urmuda ekoloji fəlakət: Şəhərçay ətrafı zibilxanaya çevrilib

2023-05-27

gun az article

“Körpü” verilişində müzakirə: “Türk dünyası və gündəm mövzular” -VİDEO

2023-05-26

gun az article

Milli fəallar müvəqqəti sərbəst buraxılıb

2023-05-26

gun az article

Sulduzda "May qiyamı"nın qurbanları anılıb

2023-05-26

gun az article

Təbrizdə uşaq qidaları tapılmır: Qıtlığın səbəbi açıqlandı

2023-05-26

gun az article

“Güney Hərəkatı dövlətçiliyin bərpası mərhələsinə keçir”-Çingiz Göytürk

2023-05-26

gun az article

19 yaşlı təbrizli şahmatçı İran çempionu oldu

2023-05-26

gun az article

Sarab zəlzələsində dağılan xəsarətləri açıqlandı

2023-05-25

gun az article

İran Ali Məhkəməsi Əkbər Nəiminin vəsatətini təmin etmədi

2023-05-25

gun az article

Təbrizdə partlayışda ölənlərin sayı artdı

2023-05-25

gun az article

Urmulu taksi sürücüləri etiraza qalxdı

2023-05-25

gun az article

İran məmurları qaşqay milli fəalın evinə basqın edib

2023-05-25

gun az article

“Görüş”də müzakirə: “Xordad qiyamının ildönümü və Berlin mitinqi” - VİDEO

2023-05-25

gun az article

Ərdəbildə "yaşıl soyqırım": Çoxillik ağaclar məhv edilir

2023-05-24

gun az article

Əhməd Obalının mühafizəsi gücləndirildi- "Tibb müəssisəsi ciddi nəzarətə götürülüb"

2023-05-24