SON XƏBƏRLƏR

Azərbaycan və Türkiyə mediası məhkəmədə cəza alan güneyli fəallardan yazdı

2021.10.20, 07:36
Azərbaycan və Türkiyə mediası məhkəmədə cəza alan güneyli fəallardan yazdı

Gunaz.tv

Qeyd edək ki, ikinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusuna dəstək və İranın Ermənistana yardımlarına etiraz məqsədilə Ərdəbil şəhərinin Cinral parkında aksiya keçirən 12 ərdəbilli fəal barəsində İran məhkəməsi qərar çıxarıb.

"Anadolu" xəbər agentliyi, "Ovqat", "Bizim media", "Konkret", "Qaynarinfo", "Olaylar", "Türküstan", "BİG. az", "VIP media" və digər sayt və media qurumları fəallar barəsində çıxarılan ədalətsiz qərarı geniş işıqlandırıblar.

Oktyabrın 9-da Ərdəbilin Cəza Məhkəməsinin 102-ci bölməsinin başçısı Tahir Rəsulinin çıxardığı qərara görə, fəallar ümumilikdə 180 ay həbs, 888 qamçı cəzasına məhkum ediliblər. 

Hüseyn Balaxani, Əsgər Əkbərzadə, Mustafa Pərvin, Murtəza Pərvin , Müctəba Pərvin, Hamed Heidəri, Mohəmməd Colani, Sobhan Bəkhshi, Mehdi Huşmənd, Bəhmən Xeyrcu və Səccad Colani İranın Cinayət Məcəlləsinin 607-ci maddəsinə əsasən ittiham olunublar.

Fəallar “hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı itaətsizlik” ittihamına görə 7 ay 16 gün, “ictimai asayişi pozmaq” ittihamına görə 7 ay 16 gün həbs və 74 qamçı cəzasına məhkum ediliblər.

Qeyd edək ki, yuxarıda adı sadalanan fəallar sentyabrın 28-də Ərdəbilin Ciral parkında Qarabağın azadlığı üçün hərbi əməliyyatlar aparan Azərbaycan Ordusuna dəstək verdiklərinə görə İran rejiminin təhlükəsizlik qüvvələri tərəfindən döyülərək həbs edilmişdilər. 

Sonrakı günlərdə də oxşar məqsədlə Güney Azərbaycanın müxtəlif şəhərlərində və Tehranda aksiyalar keçirən fəallar da həbs edilmiş və mülki vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılmışdılar.

İran rejiminin təhlükəsizlik qüvvələrinin fəalları fiziki zor tətbiq etməklə həbs etməsi və onlarla xoşagəlməyən tərzdə davranması həm güney azərbaycanlıların, həm də bir sıra insan haqları təşkilatlarının kəskin etirazlarına səbəb olmuşdu.

"Amnesty İnternational" yaydığı bəyanatda İran rejimindən son aksiyalarda tutulanların hamısının dərhal və qeyd- şərtsiz azad etməsini tələb etmişdi. 

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar