SON XƏBƏRLƏR

Azərbaycan xilasediciləri 37 nəfəri dağıntılar altından sağ, 145 nəfərin isə meyitini çıxarıb-VİDEO

2023.02.09, 09:47
Azərbaycan xilasediciləri 37 nəfəri dağıntılar altından sağ, 145 nəfərin isə meyitini çıxarıb-VİDEO

Gunaz.tv

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 8-i uşaq olmaqla 37 nəfəri sağ, 145 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək. (report)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar