SON XƏBƏRLƏR

Azərbaycana minatəmizləmə maşınları gətirilib

2022.03.04, 07:46
Azərbaycana minatəmizləmə maşınları gətirilib

Gunaz.tv

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

Onun sözlərinə görə, 2 minatəmizləmə maşını artıq yoldadır və yaxın günlərdə ölkəmizə daxil olacaq: “Sifarişlər əsasında digər maşınlar da hazırlanır.

Onlar isə iyuna qədər Azərbaycana çatdırılacaq".

Sədr qeyd edib ki, ABŞ-dan Azərbaycana 30 minaaxtaran itin ölkəmizə gətirilməsi nəzərdə tutulub: "Onlardan artıq 20-si Azərbaycandadır.

Digəri də təsdiq olunmuş qrafikə uyğun olaraq çatdırılacaq". (apa)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar