SON XƏBƏRLƏR

Azərbaycanda Xamneyi-Ocaqnejad tərəfdarlarına qarşı əməliyyat başlanılıb-İsrail mediası

2021.10.20, 07:36
Azərbaycanda Xamneyi-Ocaqnejad tərəfdarlarına qarşı əməliyyat başlanılıb-İsrail mediası

Gunaz.tv

İsraelhayom.com saytında yer alan “Azərbaycan İranyönümlü ünsürlərə qarşı hərəkətə keçir” başlıqlı məqalədə bildirilir ki, Kirpdə İsrailli biznesmenlərin öldürülməsindən sonra Azərbaycanın xüsusi xidmət orqanları İran lideri Əli Xamneyinin fikirlərini təbliğ edən fəalların saxlanılmasına başlayıb. 

Yazıda qeyd olunur ki, İran casuslarına qarşı əməliyyat İsrailli biznesmenlərin hədəfə alınmasından, habelə İran ordusunun Azərbaycan sərhədində “Xeybər fatehləri” adlı hərbi təlimə başlamasından sonra başlanıb.

Azerbaijan taking action against pro-Iranian elements

Sayt iddia edir ki,  Azərbaycan xüsusi xidmət orqanları İranyönülmü ünsürlərə qarşı əməliyyata başlamasından sonra rəsmi Bakı ən yüksək səviyyədə qərar verib ki, Xamneyinin Bakıdakı nümayəndəliyini bağlasın. 

Sayt daha sonra Azərbaycanda mötəbər mənbələrə istinadən xəbər verir ki, rəsmi Bakı İsraildən “Arov-3” müdafiə sistemini almağı düşünür. “”Arov-3” İsrailin Bakı tərəfindən alınan ən son  müdafiə sistemidir. Azərbaycanın “Arom-3”-ü almaq istəməsi ölkənin müdafiə sisteminə baxışında ciddi dəyişikliyin göstəricisi ola bilər”-deyə, yazıda qeyd olunur.

Yazıda bildirilir ki, “Arov-3” müdafiə sistemi İsrailin ən son model qüdrətli müdafiə sistemidir. Bu sistemdə hər raketin qiyməti təxminən 2 milyon dollar təşkil edir. 

Qeyd edək ki,İranın ali rəhbəri Əli Xamneyinin Azərbaycandakı nümayəndəsi, İran Mədəniyyət Mərkəzinin rəhbəri Əliəkbər Ocaqnejad Tehrana gedib. Bəzi məlumatlara görə, Ocaqnejad İrana gizli yollarla qaçıb. Qeyd edək ki, oktyabrın 5-də Ocaqnejadın Bakıdakı ofisi bağlanıb. 

Q7fQAAH.png

Polis əməkdaşları və digər mütəxəssislərin iştirakı ilə ofisin yerləşdiyi Hüseyniyyə məscidinə baxış keçirilib və ibadət yerinin fəaliyyəti dayandırılıb.

Məsələ ilə bağlı DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, şəhərdə COVİD-19 virusunun yayıldığı yerlərdən də birinin də Ocaqnejadın ofisi yerləşən “Hüseyniyyə” olduğu məlum olub. “Buna görə də həmin yerlər, o cümlədən də məscidin fəaliyyəti dayandırılıb. Hazırda orada epidemioloji xidmət tərəfindən müvafiq tədbirlər görülür”-deyə, E.Zahidov bildirib.

Xatırladaq ki,  1996-cı ildən Bakıda fəaliyyət göstərən Ə.Ocaqnejadın vəzifəsi “İran mədəniyyətini təbliğ etmək” olsa da o, daha çox xomeyniçiliyin yayılması, Quzey Azərbaycanda İran rejiminə tərəfdarlarının toplanması ilə məşğul olurdu. 

Bir ara Nardaran məscidində moizə edən Ocaqnejadın bu fəaliyyətinə sonralar məhdudiyyətlər qoyulmuşdu. 25 il Azərbaycanda fəaliyyət göstərmiş, İranın rəsmi ideologiyasını təbliğ etmiş Ocaqnejadın Bakıda və ölkənin digər bölgələrində tərəfdarları var. Xomeynizm ideyaları ilə “silahlanmış” həmin şəxslər müstəqil Azərbaycan üçün ciddi təhlükə mənbəyidir.  

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar