SON XƏBƏRLƏR

Azərbaycanda məscidlərə dini rəhbər təyin edəcək qurum məlum olub

2022.01.26, 13:58
Azərbaycanda məscidlərə dini rəhbər təyin edəcək qurum məlum olub

Gunaz.tv

"Dini etiqad azadlığı haqqında" qanunun 8-ci maddəsinə təklif olunan dəyişikliklə bu səlahiyyət Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilir.

Qeyd edək ki, dəyişikliklə İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyinatı səlahiyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (qurum) verilir.

Qanunun 8-ci maddəsinin hazırkı variantı belədir: "İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimləri müvafiq icra hakimiyyəti orqanına məlumat verilməklə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin olunur və hər beş ildən bir attestasiyadan keçir". (report.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar