SON XƏBƏRLƏR

Azərbaycanda nikaha girənlər artıb - RƏSMİ

2022.01.17, 16:00
Azərbaycanda nikaha girənlər artıb - RƏSMİ

Gunaz.tv

Ədliyyə Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ötən ilin 12 ayı ərzində qeydiyyat orqanlarında 56 319 nikaha daxilolma faktı qeydə alınıb.

2020-ci ildə isə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 35 348 nikah bağlanıb.

Rəsmi rəqəmlərin müqayisəsi göstərir ki, sərt qapanmalarla keçən 2020-ci illə müqayisədə 2021-ci ildə nikahların sayı artıb.

Qeyd edək ki, sərt karantin tədbirləri çərçivəsində 14 mart 2020-ci ildə toyların keçirilməsinə qoyulan qadağa 2021-ci il iyulun 1-də aradan qaldırılıb. (modern.az)

Ayxan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar