Azərbaycanda tikintidə bahalaşma 2022-ci ilin mart ayında pik həddə çatacaq

20.10.2021, 01:57

Son vaxtlar daşınmaz əmlakda, xüsusilə tikinti sektorunda bahalaşma müşahidə olunur. Artıq yeni tikilən binaların (novostroykalardakı), təmir işlərinin orta statistik qiyməti əvvəlki ilə müqayisədə böyük rəqəm nisbətilə bahalaşıb. Bu bahalaşmasının müxtəlif səbəbləri var.

Gunaz.tv Quote | Gunaz article

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədr müavini, Consulting “VECON CONSULTING ” qiymətləndirmə şirkətinin direktoru Vüqar Oruc FED.az-a bildirib ki, tikinti sektorunda bahalaşmasına təsir göstərən səbəblərdən birincisi ölkənin əsas xammalı olan neftin bahalaşmasıdır. 

Buna görə bir sıra dövlətin müəyyən etdiyi tikinti layihələrində canlanma olur. Bu canlanmaya görə də təbii ki, bazarda dinamizm yaranır, qiymətlərə də müsbət mənada təsir edə bilir. Əgər tikinti sahəsində aktivləşmə olursa, bu, qiymətlərin artımı ilə nəticələnir”.

Vüqar Oruc: "Əldə olunmuş qələbədən sonra əmlak bazarında heç bir durğunluq  və ya böhrandan söz ola bilməz"

V. Oruc FED.az-a açıqlamasında bildirib ki, bahalaşmanın ikinci səbəbi işğaldakı torpaqlarımızın azad olunmasıdır. Çünki ermənilərin dağıtdığı infrastruktur – binaların, evlərin tikilmə zəruriliyi yaranıb:

“Hazırda Şuşa şəhərində yenidənqurma işlərindəki fəaliyyət tikinti bazarına təsir göstərir. Əslində təsir cüzi olsa da bunun psixoloji tərəfi daha böyükdür. Yəni artıq bazarda aktivləşmə yaranır, müəyyən planlamalar formalaşır, bu da yaxın vaxtlarda tikinti materiallarına tələbatın artacağını göstərir. 

Bu artım isə təbii olaraq qiymətlərin də artmasına səbəb olur. Qarşıdan qış ayları gəlir, bu dövrdə tikinti prosesi adətən aktiv olmur, lakin 2022- ci ilin mart ayına tikintinin geniş vüsət alacağı dövrü planlaşdırırıq. Bu dövrdə tikinti materiallarında çox ciddi qiymət dəyişməsini proqnozlaşdırırıq. Bu, tikinti avadanlıqlarının da qiymətinə təsir göstərəcək. 

Bunu indidən hiss etmək olar. Hətta icarə qiymətlərində təqribən 25 – 35 % civarında müxtəlif ağır və digər qurğulara müəyyən qiymət artımının şahidi oluruq”.

V. Oruc qeyd edib ki, əsas idxal etdiyimiz Rusiya bazarlarında yaradılmış süni problemlərin yaranması tikinti materiallarının ölkəmizə fasilələrlə gətirilməsinə səbəb oldu və bu da qiymət artımı ilə nəticələndi: “Rusiya bazarlarındakı süni problemlərlə yanaşı digər amillərdən biri ölkədəki iqtisadi vəziyyətlə bağlıdır. 

Belə ki, yanacağın, neft məhsullarının ölkə bazarında qiymətinin artırılması müəyyən inflyasiyaya və manatın alıcılıq qabiliyyətinə öz təsirini göstərir. Bu proses də tikinti materiallarının qiymətinə təsirsiz ötüşə bilməz. Ümumiyyətlə, son bir ildə baş verən prosesləri təhlil etsək görərik ki, tikinti bazarlarında ortalama 15 – 20 % civarında artımın olduğunu müşahidə edirik. 2 il əvvəllə müqayisə edəndə görürük ki, elə tikinti məhsulları var ki, onların qiyməti 50 – 60 % civarında artıb”.

V. Oruc bildirib ki, tikinti sahəsində qiymət artımı ilə yanaşı, işçi haqlarında da müvafiq dəyişiklər olub:  “Təqribən 25 – 30 % civarında işçilik haqlarında artımın olduğunu müşahidə edirik. Bu tikinti bazarında baş verən qiymət artımı tikintinin maya dəyərinin artırımasına səbəb olur. Bu da yeni binaların təklif qiymətlərində artımla nəticələnir. Tikinti bazarına da yeni binalar birbaşa təsir edir. 

Tikinti bizneslərinin sahibləri əgər tikinti materialları bahalaşırsa, yeni tikililərin 1 kv m – nin başa gəlmə mayasının da artımını əsas götürərək təklif qiymətində müəyyən dəyişiklər edirlər”. 

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Tanınmış din xadimi və hüquqşünas İran hökumətini tənqid edib

2022-05-20

gun az article

ETTELAAT idmançı Əmin Bərzgəri qətlə yetirib

2022-05-20

gun az article

Kərəcdə media fəalı həbs edilib

2022-05-20

gun az article

"İranda molla qıtlığı yaranıb"-Tehranın cümə imamı

2022-05-20

gun az article

Müharibənin son və qanlı mərhələsindəyik - Zelenski

2022-05-20

gun az article

Almaniya Ukrayna büdcəsini dəstəkləmək üçün bir milyard avro ayıracaq

2022-05-20

gun az article

Makron: "Müharibə Ukrayna ilə qonşu ölkələrə də yayıla bilər"

2022-05-20

gun az article

Çavuşoğlu: “Ermənistan Azərbaycanın xoş niyyətli yaxınlaşmalarına cavab verməlidir”

2022-05-19

gun az article

Zəngilanda "ağıllı kənd" hazırdır, sakinlər il ərzində köçürüləcək

2022-05-19

gun az article

Türkiyə Prezidenti: “Putin və Zelenski ilə əlaqələri kəsmək niyyətimiz yoxdur”

2022-05-19

gun az article

İran sərhədçiləri Azərbaycan vətəndaşını güllələyərək öldürüb

2022-05-19

gun az article

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin kapitanı intihar etdi

2022-05-19

gun az article

Tehranda tətilə qoşulan etirazçılara qarşı cinayət işi açılır

2022-05-19

gun az article

Fars əyalətində iki etnik bəluç öldürülüb

2022-05-19

gun az article

İranda daha bir etnik bəluç edam edilib

2022-05-19

gun az article

Çahar-Mahal və Bəxtiyaridə etirazçılara odlu silahlardan atəş açılıb

2022-05-19

gun az article

İran Müəllimlər Birliyi həbslərlə bağlı bəyanat yayıb

2022-05-19

gun az article

Görkəmli ziyalı Əhməd bəy Ağaoğlunun anım günüdür

2022-05-19

gun az article

Türkiyədə Atatürkü anma, gənclik və idman bayramı qeyd edilir

2022-05-19

gun az article

Tanınmış yazıçı Keyvan Səmimi yenidən həbs olundu

2022-05-19