SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Evin zindanında ağır şəraitdə saxlanılır

2022.10.07, 09:56
Azərbaycanlı fəal Evin zindanında ağır şəraitdə saxlanılır

Gunaz.tv

İnsan haqları təşkilatları müxtəlif xəstəliklərdən əziyyət çəkən Şəhabinin müalicəsinə imkan verilmədiyini bildirib. Qeyd olunub ki, həbsxana rəhbərliyi tərəfindən dərmanların ona çatdırılmasına imkan verilmir.

"Onun işinə baxılması və sağlıq durumunun nəzərə alınması ilə bağlı çox saylı müraciətlərə baxmayaraq, sinfi fəal bilərəkdən incidilir və həbsxananın 4-cü bölməsində saxlanılır",- deyə, Rza Şəhabinin həmkarları bildiriblər.

Onlar fəalın işinin İnqilab Məhkəməsinə göndərilməsi və barəsində qəti, son qərarın verilməsinə qəsdən maneçilik törədildiyini deyirlər.

Rza Şəhabi bir neçə xəstəlikdən əziyyət çəkir. Buna baxmayaraq, bundan öncə məruz qaldığı təzyiqlər, uzun illik zindan həyatı və işgəncələr üzündən iki dəfə infarkt keçirib. O, hər an həyatını itirə bilər.

Mayın 12-də həbs edilən fəal əslən Şərqi Azərbaycan əyalətinin Şəbistər şəhərindəndir və Tehran Avtobus Sürücüləri Birliyinin fəal üzvüdür.

O, saxlanıldıqdan sonra təcridxanaya köçürülüb və təhlükəsizlik məmurları tərəfindən işgəncə edilərək dindirilib.
Rza Şəhabi bundan öncə dinc fəaliyyətlərinə görə 6 il məhkumluq həyatı yaşayıb. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar