SON XƏBƏRLƏR

Azərbaycanlı məhbus Hüseyn Ronəqinin durumu ağırlaşıb

2022.10.14, 05:09
Azərbaycanlı məhbus Hüseyn Ronəqinin durumu ağırlaşıb

Gunaz.tv

Qərbi Azərbaycan əyalətinin Qoşaçay (Miyandab) şəhərindən olan və Tehranın Evin zindanında saxlanılan Hüseyn Ronəqinin sağlıq durumu ağırlaşıb.

Bu barədə məhbusun qardaş Həsən Ronəqi məlumat verib. O, deyib ki, qardaşı 21 gündür aclıq aksiyasına başlayıb.

Zindan məsullarının laqeydliyi ucbatından Hüseyn bəyin həyatı təhlükədədir.

O, Hüseyn Ronəqinin xəstəxanaya köçürülməsi ilə bağlı müraciətlərə baxmayaraq, zindan rəhbərliyinin buna icazə vermədiyini bildirib.

Qeyd edək ki, Hüseyn Ronəqi media fəalı və tanınmış blogerlərdəndir.

Atası Əhməd Ronəqi və qardaşı Həsən Ronəqi bundan öncə də mədəni və ictimai fəaliyyətlərinə görə dəfələrlə həbs ediliblər.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar