SON XƏBƏRLƏR

"Süngün mis mədəninin gəlirləri talanır"- Millət vəkili

2022.05.20, 08:17
"Süngün mis mədəninin gəlirləri talanır"- Millət vəkili

Gunaz.tv

“Süngün mis mədənindən ildə 2.4 trilyon tümən gəlir əldə edildiyi halda əyalətin özünə bir qıran belə ayrılmır”-deyə, Dehqani bildirib.

Bir neçə gün bundan öncə Şərqi Azərbaycan əyalətinin Sənaye, Mədən və Ticarət Palatasının başçısı Sabir Pərniyan eyni məsələ ilə bağlı çıxış edib və Azərbaycan sərvətlərinin başqa əyalətlərə daşındığını deyib.

"Şərqi Azərbaycan potensialı və mineral ehtiyatlar baxımından yüksək səviyyədədir və Süngun misinin əyalətdə yarada biləcəyi əlavə dəyər çox yüksəkdir.

Ancaq Süngün mis mədəninin xammalının emal olunmadan yüklənərək başqa əyalətlətə, özəlliklə Kirmana daşınmasının, nəticədə Azərbaycanın sərvətlərinin əsas əlavə dəyərinin başqa əyalətlərə köçürülməsinin heç bir məntiqli açıqlaması yoxdur”-deyə, Fərşkaran bildirib.

Qeyd edək ki, Vərziğanın Süngün Mis Mədəni Yaxın Şərqin ən böyük mis mədənidir.

Uzun illərdir xüsusilə əyalətin Süngün mis mədənindən əldə edilən xammalın Kirman əyalətinə daşınması, əldə edilən gəlirin başqa əyalətlərə xərclənməsi əyalət məsulları, millət vəkilləri tərəfindən tənqid olunur.

Buna baxmayaraq mədənlərin yerli şirkətlər tərəfindən istismarı, ona bağlı emal zavodlarının yaradılması ilə bağlı təklif və layihələr qəbul edilmir.  

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar