SON XƏBƏRLƏR

"Əxlaq polisi cəmiyyəti hicablı etmədi, əksinə onu iffətsiz və əqidəsiz etdi"-Millət vəkili

2022.09.26, 10:30
"Əxlaq polisi cəmiyyəti hicablı etmədi, əksinə onu iffətsiz və əqidəsiz etdi"-Millət vəkili

Gunaz.tv

O, İranda əxlaq polisinin məcburi hicab qaydaları ilə bağlı hərəkətlərini pisləyib və bunun əks effekt verdiyini deyib.

"Ölkədə kimlər hicab məsələsini bu yerə çatdırdı? Biz ona görə bu işin islam və iffətə xeyir vermədiyini deyirik.

Bu hərəkətlər cəmiyyətin hicablı kəsimini də bizdən uzaqlaşdırır",- deyə, Ocanın nümayəndəsi bildirib.

O, əxlaq polisi tərəfindən həbs edilənlərin bundan məmnun qalmadığını və əks reaksiya verdiyini söyləyib.

"Qoluzorluların və ya bir idmançının xalqın qızını götürüb əxlaq polisi maşınına atmasını bunlar peyğəmbərin hansı hərəkətləri və buyuruqlarında kəşf ediblər",- deyə Qulamrza Nuri Qızılca qeyd edib.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar