Azərbaycanlı milli fəal Cavad Əhmədi Yekanlı mülki vəsiqə qarşılığında azadlığa buraxılıb

2020-06-29 22:25

Xoy Şəhər Polis İdarəsinin təhlükəsizlik bölümünə çağırılan Cavad Əhmədi Yekanlı 20 milyon tümən dəyərində mülki vəsiqə qarşılığında məhkəmə tərəfindən müvəqqəti azadlığa buraxılıb.

Gunaz.tv Quote | Gunaz article

Əhmədi Yekanlıya göndərilən çağırış vərəqəsində onun iyunun 29-da saat 9:00-da Polis İdarəsinə müraciət etməsi tələb olunmuşdu.

Məlumata görə, təhlükəsizlik qüvvələri milli fəala qarşı təhqiredici və kobud sözlər istifadə edərək sərt rəftar ediblər. Əhmədi Yekanlı məmurlara onların davranışlarının, eləcə də məhkəmə qərarı olmadan təhlükəsizlik bölməsinə çağırılmasının qanunsuz olduğunu xatırladıb.

 

 

Milli fəalı sorğu-sual edən məmurlar ondan 2018-ci ilin iyul ayında keçirilməsi nəzərdə tutulan Babək qalası yürüşünə çağırışın Abbas Lisani tərəfindən irəli sürülüb sürülmədiyi haqda soruşublar.

Əhmədi Yekanlı isə cavabda "iki il keçməsinə baxmayaraq, hələ də cənab Lisanini ittiham etmək üçün heç bir sübutunuz yoxdur” deyərək öz istəyi ilə Babək qalasına getdiyini vurğulayıb.

 

 

Daha sonra milli fəal məmurların müşayiəti ilə Xoydakı İnqilab Məhkəməsinin 3-cü Şöbəsinə aparılıb. Məhkəmə türk fəalı “sosial şəbəkələrdə çağırış yaymaq və Babək qalası yürüşünə dəvət etməklə ictimai rəydə təşviş yaratmaq”da ittiham edib.

Milli fəal məhkəmə işinin bitməsinə qədər mülki vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılıb.

 

 

Əhmədi Yekanlı bundan öncə də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı mədəni fəaliyyətə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb. 

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ruhani: “Ümid edirik ki, yaxın günlərdə Şərqi Azərbaycanda koronavirus xəstəliyi ilə bağlı vəziyyət yaxşılaşacaq”

2020-07-04

gun az article

Zəncanda daha 7 nəfər koronavirusdan ölüb, 36 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkarlanıb

2020-07-04

gun az article

Qərbi Azərbaycanın 10 şəhərində koronavirusla bağlı yeni məhdudiyyətlər tətbiq edilib

2020-07-04

gun az article

Ərdəbil əyalətində 39 yeni koronavirusa yoluxma faktı qeydə alınıb, 3 nəfər ölüb

2020-07-04

gun az article

Şərqi Azərbaycan valisi: “Koronavirusa yoluxanların 92%-i sağalıb”

2020-07-04

gun az article

GünazTV Juluy.03.2020: Azadlıq səsi: Milli Hərəkatda dövlətçilik düşüncəsi və formaları

2020-07-04

gun az article

GünazTV July.03.2020-QADINCA: Coronavirusla mübarizədə hansı dövlətlər uğur qazana bilər.

2020-07-03

gun az article

GünazTV July.03.2020: Nətənz uranyum zənginləşdirmə qurğusunun bir hissəsində yanğın

2020-07-03

gun az article

Maku şəhərində irqçiliyi əks etdirən Firdovsi heykəli qaldırılıb+ VİDEO

2020-07-03

gun az article

Həmədanda ağır yol qəzası baş verib

2020-07-03

gun az article

Qərbi Azərbaycanda  468 nəfər koronavirusdan ölüb

2020-07-03

gun az article

Urmiya gölündə suyun səviyyəsi düşüb

2020-07-03

gun az article

Zəncanda xəstəxanadan reportaj hazırlamaq istəyən fotoqraf saxlanılıb

2020-07-03

gun az article

GünazTV July.02.2020-Sözümüz: Babək Qalası

2020-07-02

gun az article

GünazTV July.02.2020- Düşünməyə Çağrı: Milli Siyasi Elit Problemimiz

2020-07-02

gun az article

Təbrizdə Qacarlar dövrünə aid tarixi abidə dağılmaq üzrədir

2020-07-02

gun az article

GünazTV July.01.2020: İrandakı oğurluq və korrupsiyanın artması ilə birlikdə işçi etirazlarının yayılması

2020-07-02

gun az article

Zəncan əhalisinin 85%-i koronavirusa yoluxa bilər, xəstəxanalar böhran vəziyyətində

2020-07-02

gun az article

Ərdəbildə taksilərin gediş haqqı bahalaşıb

2020-07-02

gun az article

Qərbi Azərbaycanda koronavirusdan müalicə alanların sayında yeni rekord: 853 nəfər

2020-07-02