Azərbaycannın Süngün mis mədəninin gəlir ilə Kirmanda üç stadion tikilib

28.02.2022, 12:47

Yaxın gələcəkdə Kirman əyalətinin Rəfsəncan, Babək və Kirman şəhərlərində futbol stadionlarının açılışı olacaq.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə İran Milli Mis Sənayesi Şirkətinin icraçı direktoru Ərdəşir Sədməhəmmədi “Təsnim” xəbər agentliyinə verdiyi açıqlamada bildirib.

O, “Mis-i Kirman” və “Mis-i Rəfsəncan” komandalarının İran Premyer Liqaya yüksəlməsi ehtimalının yüksək olduğunu deyib və bu komandaların İran Milli Mis Şirkətinin komandaları kimi yarışlara qatıldıqlarını söyləyib.

Fevralın 10-da Vərziğan şəhərinin İran parlamentindəki nümayəndəsi Allahverdi Dehqani Şərqi Azərbaycan mədənlərinin hesabına Kirman idmanına sərmayə qoyuluşunu qınamışdı.

“Şərqi Azərbaycan əyalətinin mis mədənlərindən əldə edilən gəlirlər hesabına büdcəsi təmin olunan İranın “Milli Mis Şirkəti” hər il Kirman əyalətinin idman unfrastrukturuna və idman klublarına 1000 milyard tümən büdcə ayırır.

“Traxtur” idman klubu problemlərlə üzləşib və azərbaycanlılar, klub fanatları ortalama 30-40 milyon tərəfdarı olan klubun “Süngün” mis mədəninin potensial və imkanları hesabına dəstəklənməsini, çətinliklərinin həll olunmasını istəyirlər”-deyə,,deyə, millət vəkili bildirmişdi.

Qeyd edək ki, yanvarın 4-də Təbrizin İran parlamentindəki bir neçə nümayəndəsi, Milli Mis Şirkətinin rəhbəri, İranın Sənaye, Mədən və Ticarət nazirinin iştirakı ilə keçirilən toplantıda klubların “Süngün” mis mədəni şirkətinin himayəsinə verilməsi barədə anlaşma imzalanıb və şirkət klublara dəstək verəcəyini vəd edib. 

Bundan sonra Kirmanın İran parlamentindəki nümayəndəsi Məhəmmədrza Puribrahimi və Rəfsəncanın nümayəndəsi Hüseyn Cəlali buna etiraz edib, mis şirkətinin gəlirlərinin Kirmana aid olduğunu iddia ediblər. 

Məsələnin üstündən keçən müddət ərzində müxtəlif bəhanələrlə Azərbaycan klublarının malikiyyəti barədə qərar gecikdirilir, onlara maliyyə dəstəyinin verilməsinə ənəgəllər törədilir.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

ABŞ Donanması İrana görə qərar verdi

2023-04-01

gun az article

Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu imzalayıb

2023-04-01

gun az article

İrandan Azərbaycana 13 kq-dan çox narkotik gətirilməsinin qarşısı alınıb

2023-04-01

gun az article

İranda inflyasiya kəskin artacaq

2023-04-01

gun az article

İranda dollar yenidən bahalaşdı

2023-04-01

gun az article

Azərbaycanlı gənc Harvard Universitetinə qəbul olub

2023-04-01

gun az article

İranda universitet müəllimləri işdən qovuldu

2023-04-01

gun az article

Azərbaycanın nümayəndə heyəti Qazaxıstanda səfərdədir

2023-04-01

gun az article

Ərdəbildə meşələrimiz məhv edilir

2023-04-01

gun az article

Ermənistanda hərbçilər arasında atışma olub, ölən var

2023-04-01

gun az article

Zakir Həsənov müşavirə keçirib, təxribatların qarşısının alınması barədə tapşırıqlar verib

2023-04-01

gun az article

Soyqırımı barədə əsl həqiqətlər Ümummilli Lider Heydər Əliyevin sayəsində ictimaiyyətə çatdırılıb

2023-04-01

gun az article

“Ukraynadakı münaqişə 2027-yə qədər davam edə bilər”- Şolts

2023-04-01

gun az article

Ağ Ev: Rusiya ABŞ diplomatlarının saxlanılan jurnalistlə görüşünə mane olur

2023-04-01

gun az article

BMT nüvə silahından istifadə riski ilə bağlı həyəcan təbili çalır

2023-04-01

gun az article

Xankəndi-Laçın yolu: ekofəallar 111 gündür dəyişməz tələblərini irəli sürürlər

2023-04-01

gun az article

İranda bəluçlar etiraz aksiyası keçiriblər

2023-04-01

gun az article

Ümumdünya Terrorla Mübarizə Assosiasiyası İranı müzakirə etdi

2023-04-01

gun az article

Agentlikdə “Azərbaycanlıların Soyqırımı Günü” ilə bağlı tədbir keçirilib

2023-03-31

gun az article

Suriyada SEPAH zabiti öldürüldü

2023-03-31