SON XƏBƏRLƏR

Rza Şahabi Evin zindanının 209-cu bölməsindən ümumi bölməyə köçürülüb

2022.09.09, 07:42
Rza Şahabi Evin zindanının 209-cu bölməsindən ümumi bölməyə köçürülüb

Gunaz.tv

Tehranda yaşayan və Evin zindanının 209-cu təhlükəsizlik bölməsində saxlanılan işçi hərəkatının güneyli fəalı Rza Şəhabi sentyabrın 8-də həbsxananın ümumi bölməsinə köçürülüb.

İran İnsan Haqları Təşkilatı zindandakı qaynaqlara istinadən Rza Şəhabinin ümumi bölməyə köçürülməsinə baxmayaraq, bir neçə xəstəlikdən əziyyət çəkən fəalın müalicəsinə imkan verilmir.

Rza Şəhabi bir neçə xəstəlikdən əziyyət çəkir. Buna baxmayaraq, bundan öncə məruz qaldığı təzyiqlər, uzun illik zindan həyatı və işgəncələr üzündən iki dəfə infarkt keçirib. O, hər an həyatını itirə bilər.

Mayın 12-də həbs edilən fəal əslən Şərqi Azərbaycan əyalətinin Şəbistər şəhərindəndir və Tehran Avtobus Sürücüləri Birliyinin fəal üzvüdür.

O, saxlanıldıqdan sonra təcridxanaya köçürülüb və təhlükəsizlik məmurları tərəfindən işgəncə edilərək dindirilib.
Rza Şəhabi bundan öncə dinc fəaliyyətlərinə görə 6 il məhkumluq həyatı yaşayıb. 

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar