SON XƏBƏRLƏR

İran şahının oğlundan 21 Azərlə bağlı paylaşım: Rza Pəhləvi Azərbaycan xalqını "separatçılıqda" günahlandırdı

2021.12.14, 10:03
İran şahının oğlundan 21 Azərlə bağlı paylaşım: Rza Pəhləvi Azərbaycan xalqını "separatçılıqda" günahlandırdı

Gunaz.tv

Azərbaycanda minlərlə insanı qətlə yetirən mərkəzi ordu ilə azərbaycanlıların bir yerdə olduğunu iddia edən Rza Pəhləvi özünün tapdalanmış hüquqları uğrunda mübarizəyə qalxan xalqı separatçılıqda günahlandırıb. 

“21 Azər iranlıların milli birlik günüdür. Bu, göstərdi ki, millət ayrılığı və parçalanmanı qəbul etmir.

O gün Azərbaycan xalqı onlarla birlikdə olan ordu ilə bərabər ayağa qalxıb və İranın ayrılmaz ayrılmaz parçasının onun ərazi bütövlüyünə qarşı olanların əlindən qurardılar. İranlılar 21 Azər günü göstərdilər ki, İranın bir zərrə torpağı belə ayrıla parçalana bilməz”-deyə, şahın oğlu Milli Hökumətlə bağlı şovinist iddiaları davam etdirib.

Qeyd edək ki, bir çox qaynaqlara görə, Milli Hökumət devrildikdən sonra Tehran ordusu Azərbaycanda qırğın törədib.

Həmin olaylar zamanı 20-25 min soydaşımız qətlə yetirilib, minlərlə azərbaycanlını həbs və sürgünə göndərilib. 

10 min nəfərə yaxın insan ölkədən çıxmağa məcbur edilib. 

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar