GünAzTV: İranda qətldə günahlandırılaraq qisasa məhkum olunmuş daha 1 məhbus, edama hazırlıq üçün təkadamlıq kameraya köçürülüb.
İranlı hüquq-müdafiəçilərinin yaydığı xəbərə görə, Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərinin mərkəzi zindanında saxlanılan müttəhim Əbdülrəşid Sendi Zehi, sentyabrın 6-da həbsxananın ümumi korpusundan təkadamlıq kameraya köçürülüb. Onun yaxın saatlarda dara çəkiləcəyi bildirilir.
Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.
A.M