SON XƏBƏRLƏR

Zahidan şəhərində daha 1 məhkum edam edilib

2021.10.20, 07:36
Zahidan şəhərində daha 1 məhkum edam edilib

Gunaz.tv

GünazTV: İranda qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 1 nəfər edam edilib.

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, yeddi il əvvəl naməlum səbəbə görə qətl törədən və həmin vaxtdan həbsdə saxlanılan 25 yaşlı məhkum İnayətullah Tutazehi, martın 16-sı sübh saatlarında İranın Sistan-Bəlucistan əyalətinin mərkəzi Zahidan zindanında dara çəkilib. Edam edilən şəxsin məhkəmə prosesi haqda hər hansı bir məlumat yayılmayıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar