SON XƏBƏRLƏR

Zahidan zindanında saxlanılan, edama məhkum edilmiş 24 məhbusun adları açıqlanıb

2021.10.20, 07:36
Zahidan zindanında saxlanılan, edama məhkum edilmiş 24 məhbusun adları açıqlanıb

Gunaz.tv

GünAzTV: İranın Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərinin mərkəzi zindanında saxlanılan və müxtəlif ittihamlarla edama məhkum edilmiş 24 məhbusun adları açıqlanıb.

 

İrandakı hüquq müdafiəçilərinin məhbus ailələrindən əldə etdiyi məlumata əsasən, hazırda barələrində çıxarılan ölüm hökmünün icrasını gözləyən 24 məhbusdan 17-si qətldə, 6-sı narkotik maddələrin satışı və qaçaqmalçılığında, 1-i isə rejimə qarşı silahlı üsyanda günahlandırılan və 8 ildən bu yana həbsdə saxlanılan 34 yaşlı siyasi fəal Şirəhməd Hüseyn zehidir.

 

Məlumatda bildirilir ki, tutulduqları vaxtdan bu yana, 2 ildən 9 ilə qədər həbsdə saxlanılan bu məhbusların ən kiçiyinin 28, ən böyüyünün isə 70 yaşı var. Qeyd olunur ki, ədalətsiz və qapalı məhkəmələrdə ölüm cəzasına məhkum edilən, bir çox hallarda vəkildən məhrum edilən həmin məhbusların yaxın vaxtlarda dara çəkiləcəyi gözlənilir.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar