SON XƏBƏRLƏR

Zahidanda daha 3 məhkum edama hazırlıq üçün təkadamlıq kameralara köçürülüb

2021.10.20, 07:36
Zahidanda daha 3 məhkum edama hazırlıq üçün təkadamlıq kameralara köçürülüb

Gunaz.tv

GünazTV: İranda qətldə günahlandırıldıqlarına görə ölümə məhkum edilmiş daha 3 məhkum edama hazırlıq üçün təkadamlıq kameralara köçürülüb.  

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, Sistan-Bəlucistan əyalətinin mərkəzi Zahidan zindanında saxlanılan hər üç məhkum, iyulun 30-u və 31-də ayrı-ayrılıqda təkadamlıq kameralara köçürülüblər. Məhkumlardan yalnız birinin adı (27 yaşlı İbrahim Şahuzehi) mediaya açıqlanıb. Məlumata əsasən, həmin şəxs törətdiyi qətlə görə 5 ildən bəri həbsdə saxlanılır.

 

Hər üç məhkumun yaxın saatlarda və ya qarşıdan gələn günlərdə dara çəkiləcəyi gözlənilir.

 

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar