SON XƏBƏRLƏR

Özbəkistanda prezident seçkiləri keçirilir

2021.10.24, 06:07
Özbəkistanda prezident seçkiləri keçirilir

Gunaz.tv

Prezident seçkilərində Özbəkistanda fəaliyyət göstərən siyasi partiyaları təmsil edən 5 namizəd iştirak edir:

Özbəkistan Ekologiya Partiyasından Narzullo Naimoviç Oblomuradov;

Özbəkistan Xalq Demokratik Partiyasından Maksudə Azizovna Varisova;

Sahibkarlar və İş adamları Hərəkatından - Özbəkistan Liberal Demokrat Partiyasından Şavkat Miromonoviç Mirziyoyev;

Özbəkistanın “Milli tıklanış” Demokrat Partiyasından Əlişir Keldiyeviç Kodirov;

Özbəkistanın “Adolat” Sosial Demokrat Partiyasından Bəhram Abdurəhimoviç Abduhəlimov.

Seçkiləri MDB, MDB Parlament Assambleyası, Şanxay Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, UNESCO və digər ölkələrdən minə yaxın beynəlxalq müşahidəçi, həmçinin 41 ölkədən 268 nümayəndə izləyir. Seçkiləri işıqlandırmaq üçün 116 xarici və 1,5 minə yaxın yerli jurnalist akkreditə olunub. Seçki məntəqələri saat 19:00-da bağlanacaq.

Səsvermə üçün ölkə daxilində 10 761 seçki məntəqəsi açılıb. Son məlumatlara əsasən, vahid seçici siyahısında 19,8 milyon seçici qeydə alınıb. Onlardan təxminən 900 mini ilk dəfə səs verəcək.

Özbəkistanda ekzit -pol keçirilmir və prezident seçkilərinin ilk nəticələri oktyabrın 25-i MSK tərəfindən açıqlanacaq. Yeni prezident səsvermə günündən iki aydan gec olmayaraq səlahiyyətlərinin icrasına başlamalıdır.

Namizədlərdən heç biri 50%-lik həddi keçməsə, ikinci tur elan ediləcək və həmin turda daha çox səs toplamış 2 namizəd iştirak edəcək. Seçkilərdə seçicilərin 33%-dən çoxu iştirak edərsə, seçkilər keçirilmiş hesab olunur. (report.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar