Zəhra Nəvidpurun dosyesi ilə bağlı ziddiyyətli xəbərlər davam edir: Salman Xudadadi barəsində hökm çıxarılmadığını deyir

20.03.2019, 13:02

GünAz TV: Məlikanın sözdə millət vəkili Hacı Salman Xudadadi cinsi təcavüzlə bağlı dosyesinə görə barəsində məhkəmə hökmü çıxarıldığını təkzib edib.
Məhkəmə işi yanvar ayında evdə cansız bədəni tapılan Zəhra Nəvidpurla bağlıdır.


Bir neçə gün əvvəl kütləvi informasiya vasitələri Hacı Salman Xudadadinin barəsində məhkəmə hökmü çıxarıldığını bildirib. Qeyd olunub ki, Tehran Cəza Məhkəməsinin 5-ci Şöbəsi millət vəkilinə qadına təcavüz ittihamı ilə bağlı bəraət verib, lakin onu qeyri-məşru cinsi əlaqədə olmaqda günahlandıraraq barəsində 2 il işindən uzaqlaşdırma, 2 il sürgün və 99 şallaq zərbəsi hökmü çıxarıb.


Martın 15-də Tehran Əyaləti Ədliyyə İdarəsinin rəisi Qulam Hüseyn İsmaili “Mizan” agentliyinə verdiyi müsahibədə yayılan xəbəri dolayı yolla təsdiqləyib. Həmin gün parlamentin deputatların davranışına nəzarət edən heyətinin sözçüsü Məhəmməd Cavad Camali xəbəri yalanlayıb. O bildirib ki, bir millət vəkili barəsində hər hansı hökm çıxarılarsa, bu barədə mütləq bizə məlumat verilməlidir. Lakin bu haqda heyətə heç bir məlumat daxil olmayıb.


Bundan sonra “Şərh Online” və “Rokna” kimi bir neçə mətbuat orqanı Məlikan prokuroru Mehdi Əlimuradiyə istinadən bildiriblər ki, Zəhra Nəvidpurun qatili öz qardaşıdır. Cinayət hadisəsi namus məsələləri ilə əlaqədar baş verib və artıq qatil saxlanılıb.
Bu barədə informasiya yayıldıqdan qısa müddət sonra “Rokna” agentliyi xəbəri təkzib edərək bildirib ki, yayılan məlumat məhkəmə orqanı tərəfindən təsdiqlənməyib.


Martın 19-da isə Hacı Salman Xudadadi mövzu ilə bağlı bir bəyanat yayıb. O özünə qarşı irəli sürülən bütün ittihamları rədd edərək barəsində məhkəmə hökmü çıxarılmadığını qeyd edib. “Mənim barəmdə heç bir qərar verilməyib. Buna baxmayaraq bəzi mətbuat orqanları məhkəmə hökmü barədə xəbər yayıb. Bütün bunlar təxribatdır, hamısı məni siyasi səhnədən uzaqlaşdırmağa yönəlib. Şübhəsiz ki, bu gizli planın üstü bir gün açılacaq”- deyə o bəyanatın bir hissəsində qeyd edib.
İran parlamentinin ictimai komissiyasının rəisi vurğulayıb ki, çıxarılacaq məhkəmə hökmü qəti olmayacaq, tərəflərə hökmə etiraz etmək fürsəti veriləcək.


Məhkəmə işi ilə bağlı bu kimi ziddiyyətli xəbərlərin yayılması şübhəsiz ki, təcavüz və qətl hadisəsi ilə əlaqədar həqiqəti təhrif etmək üçün zəmin yaratmağa yönəlib. Bundan əvvəl isə bəzi mətbuat orqanları cinsi təcavüzə məruz qaldıqdan sonra öldürülən Zəhra Nəvidpur haqda müxtəlif şayiələr yaymağa cəhd göstərib, onu sözdə əxlaqsızlıqda günahlandırıblar.


Zəhra Nəvidpur həyatdaykən 4 il müddətinə Hacı Salman Xudadadi tərəfindən cinsi təcavüzə məruz qaldığına dair məhkəmə orqanları, insan hüquqları təşkilatları və kütləvi informasiya vasitələrinə bir çox sənədlər təqdim edib.


Məlikanın vaxtı ilə “Sepah” üzvü olan millət vəkili və onun əlaltıları Zəhra Nəvidpuru dəfələrlə qətlə yetirməklə təhdid edib. Cinsi təcavüzə məruz qalan xanım qətlindən əvvəl bu barədə çoxlu sənədlər ifşa etmişdir.

 

28 yaşlı Zəhra Nəvidpurun cansız bədəni yanvarın 6-da anasının evində tapılıb. Bununla bağlı Hacı Salman Xudadadi barəsində bir çox məsələni ifşa edən material 2018-ci il noyabrın 19-da GünAz TV-nin “165” verilişində yayımlanıb.


N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Günaz.TV-də müzakirə: “Bahalaşmaya etirazlar davam edir” -VİDEO

2022-05-17

gun az article

Təbriz və Ankara turizm sahəsində əməkdaşlıq edəcəklər

2022-05-17

gun az article

Təbrizdə çörək qıtlığı yaranıb

2022-05-17

gun az article

Miyanada tarixi əsər qaçaqmalçıları həbs olunub

2022-05-17

gun az article

Ərdəbildə həbs olunanlara qarşı cinayət işi açılır

2022-05-17

gun az article

"Parlaq gələcək”də müzakirə: “Güney Azərbaycanda iqtisadi və ictimai-siyasi durum”-VİDEO

2022-05-17

gun az article

“Azadlıq səsi”: “İran bahalaşma və artan etirazlar” və “İrandakı etirazlar və Milli Hərəkatın tutumu” -VİDEO

2022-05-17

gun az article

“Düşünməyə çağırış”da müzakirə- “Milli içərik daşıyan şüarlar” -VİDEO

2022-05-17

gun az article

Muğanda ​​​​​​​“Buta” Azərbaycan musiqi qrupunun konsertinə icazə verilməyib

2022-05-17

gun az article

"Ərk" Azərbaycan İnsan Haqları Cəmiyyəti İrandakı etirazlarla bağlı bəyanat yayıb

2022-05-17

gun az article

İsfahanlı molla: "Azərbaycan rəqsi insan tərbiyəsinə uyğun deyil"- VİDEO

2022-05-16

gun az article

Təbrizli idmançı beynəlxalq yarışda qızıl medal qazanıb

2022-05-16

gun az article

Kərkük türkmənlərindən kürdlərə etiraz

2022-05-16

gun az article

İran məktəblərində fars dilinin inkişafı ilə bağlı yeni proqramlar hazırlanır

2022-05-16

gun az article

Təbrizdə təqaüdçülərin növbəti etiraz aksiyası keçirilib-VİDEO

2022-05-15

gun az article

Təbrizdə divarlara etiraz şüarları yazılıb- Vətəndaşlar etiraz aksiyalarına çağırılıb-FOTOLAR

2022-05-15

gun az article

Ərdəbil əyalətində həkim çatışmazlığı

2022-05-15

gun az article

İran televiziyası və Mədəni İrs Təşkilatı Qərbi Azərbaycan əyalətinin adını təhrif edib

2022-05-15

gun az article

“Azadlıq, ədalət, milli hökumət”- Milli Hərəkat fəalları İrandakı son hadisələrlə bağlı bəyanat yayıb

2022-05-15

gun az article

Kərəcdə ərzaq üsyanı: İran bayraqları endirildi

2022-05-13