SON XƏBƏRLƏR

Zəhra Nəvidpurun dosyesi ilə məşğul olan fəal saxlanılıb

2021.10.20, 07:36
Zəhra Nəvidpurun dosyesi ilə məşğul olan fəal saxlanılıb

Gunaz.tv

GünAz TV: Yanvarın 6-da cansız bədəni anasının evində tapılan Zəhra Nəvidpurun qətl dosyesini araşdırmaq istəyən azərbaycanlı hüquqşünas Məhəmməd Güneyli İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) təhlükəsizlik bölümünün əməkdaşları tərəfindən saxlanılıb.

 

Məlikandan (Məlik kəndi) GünAz TV-yə verilən məlumata əsasən, insan hüquqları müsafiəçisi yanvarın 24-də Məlikan “Sepah”ı tərəfindən saxlanılıb.

 

Məlumata görə, hüquqşünasın Tehranda olan evində isə yanvarın 25-də axtarış aparılıb. Mülki geyimli məmurlar axtarış apardıqdan sonra Məhəmməd Güneyliyə aid elektron əşyaları, kompüter və bir neçə kitabı özləri ilə götürüblər.

 

Məhəmməd Güneyli hüquq üzrə universitet məzunudur. O daha bir neçə hüquqşünasla birlikdə Zəhra Nəvidpurun dosyesini qanun çərçivəsində araşdırmaq istəyib.

 

Azərbaycanlı hüquqşünasın harada saxlandığı məlum olmadığı üçün onun ailəsi nigarandır. Bəzi mənbələr onun Məlikandan Təbriz “Sepah”ına intiqal edildiyini bildirir, lakin bu barədə yayılan məlumat hələlik dəqiqləşməyib.

 

Xəbər verdiyimiz kimi, Zəhra Nəvidpur həyatdaykən Məlikanın sözdə millət vəkili Salman Xudadadi tərəfindən 4 il cinsi təcavüzə məruz qalıb. Bu məsələni ifşa edən 28 yaşlı qız millət vəkili və onun əlaltıları tərəfindən hədələnib. Sonralar Məlikanın “Sepah”ı və bu şəhərin Ettelaat İdarəsi məsələyə müdaxilə edərək Zəhra Nəvidpurla birbaşa əlaqə saxlayıb, onunla danışıqlar aparıblar. Onların arasında danışılan sözlərin Səs Faylları mövcuddur. Bütün materiallar Zəhra Nəvidpurun Ettelaat İdarəsi ilə “Sepah”ın arasında gedən mənfi rəqabətə qurban getdiyini, onun bu orqanların birisi tərəfindən öldürüldüyünü göstərir.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar