SON XƏBƏRLƏR

Zəhra Nəvidpurun müəmmalı ölümü ilə bağlı türk qadınlar #MeToo kampaniyası başladıb – Güney Azərbaycanda

2021.10.20, 07:36
Zəhra Nəvidpurun müəmmalı ölümü ilə bağlı türk qadınlar #MeToo kampaniyası başladıb – Güney Azərbaycanda

Gunaz.tv

GünAz TV: Məlikanın sözdə millət vəkili Salman Xudadadinin cinsi təcavüzünə məruz qalan Zəhra Nəvidpurun müəmmalı ölümünün doğurduğu əks-səda nəticəsində Güney Azərbaycanda sosial medianın qadın istifadəçiləri beynəlxalq #MeToo hərəkatına qatılaraq türkcə #MənDə kampaniyası başladıblar.

 

Qadın istifadəçilər keçmişdə müxtəlif kişilər tərəfindən başlarına gələn cinsi, sözlü və ya hissi istismar hallarını #MeToo və #MənDə haştaglari ilə sosial şəbəkələrdə paylaşırlar.

 

Bir çox qadın xəstəxanaya müraciət etdiklərində, avtobus və digər ictimai yerlərdə istismara məruz qaldıqlarını qeyd edib.

 

#MənDə haştagı ilə keçmiş təcrübələrini yazanlara qarşı çıxanlar olsa da, onlara dəstək verənlərin sayı daha çoxdur.

 

#MənDə kampaniyasına qatılanlar təcrübələrini türk dilində yazıblar, bu, əksər azərbaycanlı internet istifadəçiləri tərəfindən böyük rəğbətlə qarşılanıb.

 

Şərqi Azərbaycan vilayətində 28 yaşlı Zəhra Nəvidpurun müəmmalı ölümündən sonra qadınların məruz qaldığı cinsi istismar və zorakılıq halları ilə bağlı narahatlıqlar geniş səviyyədə gündəmə gəlib.

 

Gənc qadın bir neçə ay əvvəl paylaşdığı audio və videolarda Məlikan və Binab şəhərlərinin millət vəkili və İran parlamentinin ictimai komissiyasının rəisi Salman Xudadadinin ofisində onun tərəfindən təcavüzə uğradığını bildirmişdi.

 

Bir neçə dönəmdir İran Parlamentində Məlikan və Binab şəhərinin millət vəkili olan 57 yaşlı Salman Xudadadi keçmişdə İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) komandirlərindən biri və Ərdəbil Əyalətində Ettelaat İdarəsinin rəisi olub. O, tərəfdarları arasında Hacı Salman adı ilə tanınır.

 

Xatırladaq ki, Məlikanın Təzəqala kəndinin sakini Zəhra Nəvidpurun cansız bədəni yanvarın 6-da anası evində tapılıb. Bir çox sənədlərə görə 28 yaşlı qızın müəmmalı ölümündə Məlikanın Ettelaat İdarəsi və “Sepah”ın təhlükəsizlik bölümünün əli var, o iki təhlükəsizlik orqanı arasında gedən mənfi rəqabətin qurbanı olub.

Bu cinayət hadisəsi soydaşlarımız tərəfindən kəskin etirazla qarşılanıb. Azərbaycan ictimaiyyəti cinayət faktının araşdırılmasını, günahkarların cəzalandırılması və Salman Xudadadinin ən azı parlamentdən uzaqlaşdırılmasını tələb edir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar