SON XƏBƏRLƏR

Zəlimxan Məmmədli: "Rusiya istənilən vaxt Ukraynaya, Baltikyanı ölkələrə və Azərbaycana da təcavüz edə bilər"

2021.10.20, 07:36
Zəlimxan Məmmədli: "Rusiya istənilən vaxt Ukraynaya, Baltikyanı ölkələrə və Azərbaycana da təcavüz edə bilər"

Gunaz.tv
NATO Qafqaza qoşun yeridir? 1218862092_zelimxan.jpg Zəlimxan Məmmədli: "Rusiya istənilən vaxt Ukraynaya, Baltikyanı ölkələrə və Azərbaycana da təcavüz edə bilər" Gürcüstan-Cənubi Osetiya münaqişəsində vəziyyət gərginləşdikcə, pərdə arxasında başqa qüvvələrin olduğu üzə çıxmaqdadır. Hətta proseslərin gərginləşməyə başladığı ilk günlərdə də ekspertlər bu qənaətdə idilər. Artıq vəziyyətin mürəkkəbləşdiyini görən ABŞ bölgəyə öz qoşunlarını yeritməyə qərar verib. Bir çoxları isə ABŞ-ın bu addımını NATO-nun bölgəyə müdaxiləsi kimi dəyərləndirir. AXCP Ali Məclisinin sədri Zəlimxan Məmmədli "OLAYLAR"a verdiyi açıqlamada bunun humanitar layihə olduğunu deyib. AM sədri bildirib ki, prosesə ABŞ-ın mövqeyi kifayət qədər sərtdir və bu sərtlik onların mümkün olan hər şeyi etmələrində özünü göstərəcək: "Mənə elə gəlir ki, bu humanitar yardım layihəsi strateji bir layihənin tərkib hissəsidir. Rusiya istənilən vaxt Ukraynaya, Baltikyanı ölkələrə və Azərbaycana da təcavüz edə bilər. Bu təcavüzün aradan qaldırılması hərbi-siyasi blok olan NATO qoşunlarının artıq Rusiyanın sərhədlərinə yerləşdirilməsinin açıq şəkildə deyilməsinə işarədir". olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar