SON XƏBƏRLƏR

Zəlzələ bölgəsində ağır vəziyyət hökm sürür – VİDEO

2021.10.20, 07:36
Zəlzələ bölgəsində ağır vəziyyət hökm sürür – VİDEO

Gunaz.tv

GünAz TV: Ötən həftə Şərqi Azərbaycanda baş verən dağıdıcı zəlzələ bölgəsində ağır vəziyyət hökm sürür.


Əhalinin bölgəyə göndərdiyi yardımlar zəlzələdən zərərçəkənlərin ehtiyaclarının ödənilməsini təmin etmir. Dövlət isə gözlənilən etirazların qarşısını almaq məqsədi ilə davamlı vədlər verir, lakin hələ ki, bölgəyə ciddi yardım göndərilməyib.


Hazl-hazırda bölgədə qızınmaq vasitələri, yemək, yorğan, dava-dərman, geyim və s. kimi yardımlara ehtiyac var.


Aşağıdakı videolar təbii fəlakətdən zərərçəkənlərin ağır vəziyyətdə olduqlarını göstərir.

Qızınmaq vasitələri, həmçinin dava-dərman və tibbi ləvazimatın olmadığından 10 günlük körpənin ağır xəstələndiyi bildirilir.


https://www.youtube.com/watch?time_continue=13&v=BxPur9qNVkQ&feature=emb_logo

 

Aşağıdakı videoda xanım Hacər Mirzayi Vərənkeşi isə bir çox problemə toxunub və hər kəsi bu vəziyyətə etiraz etməyə çağırıb. Onun yanında 12-13 yaşlı Zəhranın atası Əsğər Abedi dayanıb. Zəhra dağıntıların altından diri çıxarılıb. Lakin kənddə tibbi mərkəz olmadığı üçün Türkmənçay şəhərinə qədər aparılıb. Uşaq nəhayət atasının gözü qarşısında can verib.


https://www.youtube.com/watch?time_continue=49&v=sRogtxNzeFQ&feature=emb_logo

 

Zəlzələ bölgəsində evlərin palçıqdan olması, təbii fəlakətdən zərərçəkənlərə vaxtı-vaxtında yardım edilməməsi, yaxınlıqda tibbi mərkəzlərin olmaması, zəlzələdən sonra insanların gecələməsi üçün şərait olmaması və s. bölgədə vəziyyəti ağırlaşdırıb. Qeyri-rəsmi mənbələrə görə, zəlzələ nəticəsində təxminən 40 nəfər həyatını itirib. Hökumət rəsmiləri və İranın kütləvi informasiya vasitələri təbii fəlakət zamanı 6-8 nəfərin həlak olduğunu qeyd edir.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar