SON XƏBƏRLƏR

Zəlzələdən zərərçəkənlər hələ uzun müddət çadırlarda qalmalı olacaq - Şərqi Azərbaycanda

2021.10.20, 07:36
Zəlzələdən zərərçəkənlər hələ uzun müddət çadırlarda qalmalı olacaq - Şərqi Azərbaycanda

Gunaz.tv

GünAz TV: Noyabr ayında Şərqi Azərbaycan Əyalətində baş verən zəlzələ bölgəsində yaşanan problemlər səngimək bilmir.

 

Bölgədə təbii fəlakətdən zərərçəkənlərin əksəriyyəti yetəri qədər qızınmaq vasitələri ilə təmin olunmayıb, bir çox ailə soyuq hava şəraitində hələ də çadırlarda qalır.

 

Şərqi Azərbaycan valisinin abadlaşdırma işləri üzrə müavininin verdiyi açıqlamaya görə, zəlzələdən zərərçəkənlər hələ bir neçə ay ağır şəraitə dözməli olacaq.

 

Bu barədə Cavad Rəhməti yanvarın 2-də jurnalistlərlə danışığında məlumat verib.

“Təxminən 50 gün ərzində (İran təqvimi ilə bəhmən ayının sonunadək) fərdi yaşayış evlərində aparılan təmir-bərpa işləri yekunlaşacaq. Lakin daimi məskunlaşmaq üçün tikilən evlər 6 ay sonra istifadəyə verilə bilər.”- deyə o bildirib.

 

Vali müavini əlavə edib ki, zəlzələ bölgəsində 3 min ailə evsiz qalıb. Artıq dağılan evlərin son həftələrdə təmir və yenidənqurma işlərinə başlanılıb.

 

Qeyd edək ki, bölgə əhalisinin verdiyi məlumata əsasən zəlzələdən zərərçəkən ailələrin əksəriyyətinə müvəqqəti məskunlaşmaq məqsədi ilə vəd edilən kredit hələ də ödənilməyib. Onların bir çoxu çadırlarını təhvil verdiyi üçün qalmağa yerləri yoxdur. Həmin ailələr qonşu ailələrin çadırlarında gecələməyə məcbur qalır.

Bəzi rəsmi mənbələr isə zəlzələ bölgəsində dağıntıların təmizlənməsi əməliyyatının olduqca ləng getdiyini, dağılan evlərin yarıdan çoxunda təmizləmə əməliyyatına başlanılmadığını bildirirlər.

 

Noyabrın 8-də Şərqi Azərbaycan Əyalətinin Miyana məntəqəsinin Tərk şəhəri ətrafında yerli vaxtla saat 02:17-də 5,9 bal gücündə zəlzələ baş verib. Rəsmi mənbələrə görə, təbii fəlakət nəticəsində 5 nəfər həyatını itirib, yüzlərlə insan müxtəlif dərəcəli bədən xəsarəti alıb. Miyana və Sarab məntəqələrində yerləşən kəndlərdə minlərlə evin təxrib olunduğu bildirilir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar