SON XƏBƏRLƏR

Zəncan Əyaləti: “Qavaq kəndi”nin əhalisi bölgə mədənlərinin talanmasının qarşısını almaq üçün yolu şumlayıb

2021.10.20, 07:36
Zəncan Əyaləti: “Qavaq kəndi”nin əhalisi bölgə mədənlərinin talanmasının qarşısını almaq üçün yolu şumlayıb

Gunaz.tv

GünAz TV: Zəncan Əyalətində yerləşən Ənquran şəhərinin “Qavaq kəndi” qəsəbəsinin əhalisi bölgə mədənlərinin talanmasının qaşısını almaq üçün yolu şumlayıb, məqsəd xammal daşıyan yük maşınlarının hərəkətinə mane olmaqdır.

 

Bu barədə qəsəbə əhalisi dəfələr xəbərdarlıq edib, mədənçilərin yük maşınlarının hərəkəti nəticəsində asfaltın dağılması və əkin yerlərinin təxrib edildiyinə etiraz bildiriblər. Əhalinin etirazına məhəl qoyulmadığı üçün onlar yolu şumlamaq məcburiyyətində qalıb.

 

Şəkildə göründüyü kimi, yol şumlandıqdan sonra çox sayda yük maşınının hərəkətində problem yaranıb, onlar gözləməli olublar.

 

“Ənquran qurğuşun və sink mədəni” Yaxın Şərqin ən böyük qurğuşun və sink mədənidir. Mədən 70 ildən çoxdur ki, istifadə olunur, lakin bölgə əhalisi ondan bəhrələnə bilmir. Bu mədənin də sahibləri Güney Azərbaycanın digər mədənləri kimi fars bölgəsindən olan sahibkarlardır. Mədənin məhsulu xammal kimi bölgədən çıxarıldığı üçün əlavə dəyərdən əldə olunan gəlir də İranın mərkəzi əyalətlərinə nəsib olur.

 

N.S

 

 

 

 

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar