SON XƏBƏRLƏR

Zəncan Şəhər Şurasının sözcüsü körpüyə ‘Ana’ adı verilməsinə qarşı çıxıb: “Bu qanunsuzluqdur, məkan adları farsca olmalıdır”

2021.10.20, 07:36
Zəncan Şəhər Şurasının sözcüsü körpüyə ‘Ana’ adı verilməsinə qarşı çıxıb: “Bu qanunsuzluqdur, məkan adları farsca olmalıdır”

Gunaz.tv

GüqnAz TV: Güney Azərbaycan Zəncan şəhərinin Gülşəhr məhəlləsində tikilən körpüyə ad verilməsi ilə bağlı əhali arasında keçirilən sorğuda çoxları "ana" adına üstünlük verdiyi halda, Şəhər Şurasının sözçüsü Səccad Xudayi “ana” adının qanuna uyğun olmadığını iddia edib.

 

Şura sözçüsü bu barədə ötən günlərdə hökumətin xəbər agentliklərindən birinə danışıb. “İranda ümumi məkanlar və keçidlərin adlandırılmasına dair qanunun 5-ci maddəsinə əsasən, ölkənin siyasi-mədəni birliyini qoruyub gücləndirmək, həmçinin milli kimliyi qorumaq məqsədilə sadəcə farsca adlar qəbul edilə bilər,” deyə o bildirib.

 

Onun iddiasına görə, Azərbaycan türkcəsindəki “ana” adı bu qanuna uyğun deyil.

 

Sözçü həmçinin qeyd edib ki, ““ana” türk sözüdür və keçirdiyimiz toplantıda da diqqətləri cəlb etdi. Zəncanda ana dilimizə diqqət yetirmək və onu yaşatmaq baxımından da yaxşı bir seçim olardı. Lakin qanuna uyğun deyil. Bu sadəcə Zəncan üçün deyil, hər yerdə belədir.”

 

İran rejimi öz çirkin niyyətlərini həyata keçirmək üçün Azərbaycan şəhərlərində rejimin əsas siyasətini dəstəkləyən şəxsləri vəzifəyə gətirir. Təəssüflər olsun ki, rejim tərəfindən təyin olunmuş məsulların əksəriyyəti Azərbaycanın mənafeyinə uyğun siyasi, iqtisadi və mədəni hədəflərə zidd mövqe sərgiləyirlər. Bu proses hər zaman azərbaycanlıların kəskin etirazı ilə qarşılanıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar