Zəncan terminalı “Traxtur” tərəfdarlarına avtobus kirayə verməkdən imtina edib / Urmiyəli “Traxtur” tərəfdarları təhqir olunub!

01.05.2019, 18:59

GünAz TV: “Traxtur”un ən prinsipial oyunlarından biri olan “Perspolis”lə görüşü izləmək üçün Güney Azərbaycanın müxtəlif bölgələrindən Təbrizə gəliblər.

 

Lakin “Traxtur” tərəfdarlarının bu səfəri çox çətinliklə baş tutub. Təhlükəsizlik qüvvələri çərşənbə günü səhənd stadionunda keçirilən görüşdə “Traxtur” tərəfdarının sayca az olması üçün müxtəlif yollara əl atıb. Onlar bu məqsədlə Güney Azərbaycanın böyük şəhərlərindən Təbrizə komanda tərəfdarlarını daşıyan avtobusları dayandırıb, sərnişinlərin bir çoxunu yerə endirərək Təbrizə gəlmələrinə mane olublar. İş o yerə çatıb ki, Urmiyədən gələn tərəfdarların bir çoxu avtobusların yük üçün nəzərdə tutulan yerlərində oturaraq özlərini Təbrizə çatdırıblar. Bunu təhqir kimi qəbul edən soydaşlarımız bildirib ki, “Perspolis” hökumət komandası olduğu üçün təhlükəsizlik qüvvələri tərəfindən dəstəklənir.

 

https://www.youtube.com/watch?time_continue=2&v=pQiuAeafEFE

 

Zəncanlı “Traxtur” tərəfdarları isə başqa bir problemlə üzləşib. Görüşə bir neçə gün qalmış terminal müdiri ilə danışaraq bir neçə avtobusu kirayə edən “Traxtur” tərəfdarları görüş günü avtobussuz qalıblar. Zəncan terminalı təhlükəsizlik qüvvələrinin təzyiqi ilə onlara avtobus verməkdən imtina edib.

 

https://www.youtube.com/watch?v=5nzgeY8Dbzo

 

 

“Traxtur” tərəfdarları Miyana şəhərində də oxşar problemlə üzləşib. Təhlükəsizlik qüvvələri avtobusu saxlayaraq sərnişinlərdən şəxsi avtomobilləri ilə Sərəskənd və Tava kəndinin yolu ilə hərəkət etmələrini istəyib. Onlara bildirilib ki, avtobusun şəhərdən çıxmasına heç bir şəkildə icazə verilməyəcək.

 

Bundan əlavə, görüşə bir neçə gün qalmış çox sayda azərbaycanlı fəal və “Traxtur” tərəfdarına zəng edilərək stadiona getməklə bağlı xəbərdarlıq edilib, onlar saxlanmaqla hədələnib.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24

gun az article

“Sözümüz”də müzakirə: “İranın Azərbaycana qarşı təhdidləri nə qədər ciddi sayılır?”  - VİDEO

2023-03-24

gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23

gun az article

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023-03-23

gun az article

Milli fəal Pərviz Siyabi məzuniyyətə buraxılıb

2023-03-23

gun az article

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023-03-22

gun az article

Qaşqay gəncin dəfn mərasimi hökumətə qarşı etiraz aksiyasına çevrilib-VİDEO

2023-03-22

gun az article

Bu sistemə son zərbəni Təbriz vuracaq – Xəbərdarlıq

2023-03-22

gun az article

“Özümüz” proqramında müzakirə: “Bayram dəblərimizi qoruyaq” və "25 mart yürüşü”- VİDEO

2023-03-22

gun az article

İranda hökumət məmurları Qaşqay türkünü qətlə yetirib

2023-03-21

gun az article

Bir sıra güneyli fəallar yaz bayramını həbsxabada keçiridilər

2023-03-21

gun az article

"Parlaq gələcək": “İranın ərazi bütövlüyü nə deməkdir” və “Pəhləvi sülaləsi: mumiyalanmış cəsəd”

2023-03-21

gun az article

BMT nümayəndəsi Güney Azərbaycan təşkilatının konfransına qatılacaq

2023-03-21

gun az article

İsrailli nazir: "Güney Azərbaycanın qurulması reallıqdır" 

2023-03-20