SON XƏBƏRLƏR

Zəncan Universitetinin öyrənciləri ilə polis arasında qanlı toqquşma baş verə bilər

2021.10.20, 07:36
Zəncan Universitetinin öyrənciləri ilə polis arasında qanlı toqquşma baş verə bilər

Gunaz.tv
Zəncan Universitetinin öyrənciləri ilə polis arasında qanlı toqquşma baş verə bilər Əmir Kəbir Xəbər Agentliyinin verdiyi məlumata görə, Zəncan Universitetinin məsulları İranın Təhsil Nazirliyinin verdiyi hökmü bu universitetin öyrəncilərinə göstərib və xatırladıblar ki, 20 öyrəncinin bu universitetdən xaric olunma əmri artıq verilib. Əslində İranın Təhsil Nazirliyi bu vasitə ilə öyrəncilərin etiraz aksiyasına son qoymağa çalışır. Hal - hazırda yüzlərlə öyrənci universitetin idman salonunda etiraz aksiyasi keçirirlər. Məlumat üçün qeyd edək ki, etiraz aksiyasının səbəbi bundan ibarətdir: Təqribən iki həftə bundan qabaq dok. Həsən Mədədi universitetin İnzibat Komitəsinin üzvi "A" ( adın yalnız baş herfi verilib, ad özü açıqlanmır.) adlı bir öyrənci qıza məktub göndərib, tutduğu vəzifəsindən, mövqeyindən asılı olaraq, işi ilə bağlı onunla görüşüb və müxtəlif bəhanələrlə ondan cinsi sui - istifadəyə çalışıb. Nəhayət ki, qız, bu mövzunu öyrəncilərə xəbər verib və yardım istəyib. Onlar birlikdə məsləhətləşib və dörd gün bundan əvvəl qız özü ilə balaca diktafon götürüb dok. Mədədinin iş otağına gedib və digər öyrəncilər də bayırda onları izləyiblər. Nəhayət ki, dok. Mədədi qıza təcavüz fikrini dilə gətirib və paltarın çıxarmağa başlayanda qız qışqırıb yardım istəyib və bu zaman bayırdakı öyrəncilər qapını sındırıb içəri giriblər. Və köynəksiz, çılpaq doktorun filmin çəkiblər. Bu hadisədən bir neçə dəqiqə sonra, bütün universitet öyrənciləri bundan xəbər tutublar. Daha sonra təqribən min nəfərə yaxın öyrənci universitetin binası qarşısına toplaşıb, etiraz aksiyası keçiriblər. Onların tələbləri aşağıdakılardan ibarətdir: 1. Zəncan Universitetinin rektoru dok. Nedaf tutduğu vəzifədən istefa versin və ya onu işindən kənara qoyulmalıdır. 2.Dok. Həsən Mədədi işindən çıxarılsın və ona məhkəmə qurulsun. 3. Şəxsiyyəti təhqir olunmuş qızın adı çəkilməsin və onun təhlükəsizliyi təmin edilsin. 4. Etiraz aksiyası keçirənlərin təhlükəsizliyi qorunsun. 5. Aksiyalar keçirilən zaman imtahanlar dayandırılsın. 6.Universitetin Təlim - Tərbiyə İşləri üzrə prorektor tutduğu vəzifədən azad edilsin. İranın Təhsil Nazirliyi tələbələrin bu tələblərini nəinki eşidib əməl etmişdir, əksinə yuxarıda qeyd etdiyimiz kimi, 20 öyrəncini təhsil aldığı universitetdən qovmaqla hədələmişdi. Bundan da əlavə, İran Təhsil Nazirliyinin Ümumi Əlaqələr müdiri, Zəncan Universitetinin rektorunu ən yaxşı rektorlardan biri adlandırıb və öyrənciləri hədələyərək demişdir: " Bəzi fərdlər universitetdə fitnə yaratmaqla, istıyirlər imtahanların qabağını alalar." Hal - hazırda öyrəncilər universitetdə etiraz aksiyasını davam etdirirlər. Bu gün sübh tezdən polis məmurları və dövlətin mülki geyimli xüsusi şəxsləri Zəncan Universitetinin binasını mühasirəyə alıblar. Universitetin interneti kəsilib və öyrəncilərin əl telefonlarına dalğa çatmır. Bununla bərabər, İran hökumətinin nəzarəti altında olan mətbuatlar, öyrənciləri xarici qüvvələrin oyuncağı adlandırıb və Zəncan Univeristetində baş verən hadisənin xaricdən idarə olunduğunu vurğulamışdırlar. İran hökumətinin bu növ reaksiyası polis ilə öyrəncilər arasında qanlı toqquşmaya, kütləvi həbslərə gətirib çıxara bilər. Xəbərin sonunda qeyd etməliyik ki, tələbələrin çoxun Azərbaycanlılar təşkil edirlər və bu universitetdə dəfələrlə Güney Azərbaycanın Milli Hərəkatı ilə bağlı etiraz aksiyası keçirilib. Xəbəri hazırladı: azadtribun.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar