SON XƏBƏRLƏR

Zəncan Universitetinin öyrəncisi Sadiq Zibakəlama xitabən deyib: Nə üçün azərbaycanlıların milli hüququnu dilə gətirmirsiniz?! – VİDEO

2021.10.20, 07:36
Zəncan Universitetinin öyrəncisi Sadiq Zibakəlama xitabən deyib: Nə üçün azərbaycanlıların milli hüququnu dilə gətirmirsiniz?! – VİDEO

Gunaz.tv

GünAz TV: Tehran Universitetinin siyasi elmlər üzrə professoru, islahatçılar düşərgəsinə yaxın məşhur politoloq Sadiq Zibakəlamın Zəncan Universitetində qatıldığı bir tədbirdə, türk öyrəncilər milli tələblərlə çıxış ediblər.

 

Bazar günü baş tutan tədbirin videosu dekabrın 11-də yayılıb.

 

Tədbirdə çıxşı edən öyrəncilərdən biri islahatçıları sərt tənqid edərək demokratiya ilə bağlı verdiklərin şüarların reallığı əks etdirmədiyini bildirib.

 

“Mənim çıxışım dünən səsi kəsilən Ərdəbil Tibb Universitetinin öyrəncilərinin sözlərinə oxşardır. Ölkədə qeyri-fars qövmlərinə qarşı ayrı-seçkilik var. Büdcə vəsaitinin ədalətsiz şəkildə paylanılması, ana dilində (türkcə) təhsilin qadağan edilməsi, qeyr-fars qövmlərinə aid kitab və mətbuat orqanlarına lisenziya verilməməsi ayrı-seçkilik siyasətinin tərkib hissəsidir”- deyə azərbaycanlı öyrənci vurğulayıb.

 

Ayrı-seçkiliklərdən dolayı toplumda uçurum yarandığını deyən öyrənci demokratiya ilə əlaqədar bütün iddiaları rədd edib. “Bəzi qruplar təhlükəsizlik və hərbi yerləri əlinə keçirdiyi kimi, siz də kütləvi informasiya vasitələrini ələ keçiribsiniz. İnsan hüquqları və azadlıqdan danışırdınız! Hanı dediyiniz azadlıq ?! 40 ildir ki, mətbuat sizin ixtiyarınızdadır. Bu müddətdə Azərbaycan əhalisinin hüququndan danışdınızmı? Konstitusiyanın 15 və 19-cu maddələrindən bəhs etdinizmi? Saxlanılan yüzlərlə azərbaycanlı milli-mədəni fəal və 700 ərəb vətəndaş, eləcə də bəluçların etirazı və tutulan fəal bəluçlar haqda bəhs etdinizmi? Siz liberalların insanların təhqir olunması və irqçiliyə münasibətiniz nədən ibarətdir? Siz 2016-cı ilin payız aylarında “Xeşt xam” proqramında qəhrəman Qaşqay qadınlarını təhqirə məruz qoyduğunuz üçün bir neçə milyonluq Qaşqay türkləri və digər türklərin narahatlığına səbəb oldunuz. Bu məsələyə çoxlu etiraz olmasına baxmayaraq üzr istəməyi belə lazım görmədiniz”- deyə öyrənci söhbətinin bir hissəsində qeyd edib.

 

Şeirlə söhbətini yekunlaşdıran çıxışçı öyrəncilər tərəfindən alqışlanıb, salonda “Yaşasın Azərbaycan” şüarı səsləndirilib.

 

https://www.youtube.com/watch?time_continue=28&v=qODN-bxgcko

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar