SON XƏBƏRLƏR

Zəncanda “Ana körpüsü”nün türkcə olan adının dəyişdirilməsinə etiraz edilir

2021.10.20, 07:36
Zəncanda “Ana körpüsü”nün türkcə olan adının dəyişdirilməsinə etiraz edilir

Gunaz.tv

GünAz TV: Yaxın günlərdə Zəncan (Zəngan) şəhərində “Ana” və ya “Ana körpüsü” təmir-bərpa işlərindən sonra  yenidən istifadəyə veriləcək.

 

Məlumata görə, səlahiyyətli şəxslər hökumət və panfarsistlərin təzyiqi ilə körpünün türkcə olan adını “Qolşəhr” sözü ilə dəyişdiriblər. Bu məsələ sosial şəbəkələrdə geniş etirazlara səbəb olub.

 

Zəncan əhalisi ictimai şəbəkələr istifadəçilərindən Zəncan Şəhər Şurasının rəis müavini və sözçüsü Səccad Xudadadinin İnstaqram səhifəsinə girərk sözügedən körpüyə türk dilində olmayan adın verilməsinə etiraz etmələrini tələb ediblər.

 

Azərbaycanın qədim şəhərlərindən olan Zəncan əhalisi körpüyə “Ana” adının verilməsini tələb etməkdə israrlıdır.

 

Zəncanın bələdiyyə başçısı mayın 31-də “Qolşəhr” adlandırdığı körpünün istifadəyə veriləcəyini bildirib.

 

Bundan əvvəl Zəncan Şəhər Şurasının sözçüsü İran rejiminin irqçi siyasətləri fonunda bildirmişdir ki, ana dilimizin qorunub saxlanması üçün körpüyə “Ana” adının verilməsi məqsədəuyğundur. Hətta bu barədə Şura üzvləri də eyni mövqeyə sahibdir. Lakin ümumi məkanların adlandırılmasına dair qanunlar paketinin 5-ci maddəsinə əsasən ölkədə siyasi və mədəni birliyi təmin etmək məqsədi ilə bu kimi adların fars dilində olması tələb olunur. Bu məsələ yalnız Zəncan şəhərinə aid deyil və verilən adın təsdiqlənməsində əsas rol oynayır.

 

Güney Azərbaycan əyalətlərində şəhər, kənd, ümumi məkanlar və s. kimi yerlərin adının dəyişdirilməsi İran rejiminin Azərbaycan türk millətinə qarşı asimilasyon siyasətinin tərkib hissəsindir. Son illərdə soydaşlarımız rejimin bu mənfur siyasəti qarşısında ciddi dirəniş göstərir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar