SON XƏBƏRLƏR

Zəncanda Arşakilər dövrünə aid maddi mədəniyyət nümunələri tapılıb

2021.10.20, 07:36
Zəncanda Arşakilər dövrünə aid maddi mədəniyyət nümunələri tapılıb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Zəncan əyalətinin Maraşlı su bəndi ətrafında Arşakilər dövrünə aid tarixi məntəqə aşkarlanıb.

 

Zəncan Əyalətinin Mədəni Miras İdarəsinin direktoru Əmir Ərcməndin verdiyi məlumata əsasən, aparılan qazıntı işləri nəticəsində ev heyvanlarına aid 93 sümük, doqquz saxsı parçası və məişətdə istifadə olunan daş alətlər tapılıb.

 

 

Ərcmənd bu arxeoloji tapıntıların Arşakilər dövrünə aid olduğu ehtimalını irəli sürüb və əlavə edib ki, dövrün daha dəqiq müəyyənləşdiriliməsi üçün analizlər aparılacaq.

 

Aparılan arxeoloji qazıntılarda memarlıq quruluşlarının da aşkar edildiyini deyən Mədəni Miras İdarəsinin direktoru, bu qalıqların çay daşlarından tikilmiş divarlar, döşəmə və iki sobadan ibarət olduğunu bildirib.

 

Arşakilər və ya Parfiya dövləti (e.ə 247 - 224) 400 ildən çox bir dövrdə bugünkü İran ərazisi də daxil olmaqla Yaxın Şərqin böyük hissəsinə hökm sürən saka-türk mənşəli dövlətdir. Arşaki dövlətinin paytaxtı Türkmənistanın mərkəzi olan Aşqabad şəhərinin yaxınlığında yerləşirdi.

 

 

Ü.F 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar