SON XƏBƏRLƏR

Zəncanda azərbaycanlı şair Heydər Bayatın yaradıcılıq gecəsi keçiriləcək

2021.10.20, 07:36
Zəncanda azərbaycanlı şair Heydər Bayatın yaradıcılıq gecəsi keçiriləcək

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Zəncan şəhərində  azərbaycanlı şair və yazıçı Heydər Bayatın yaradıcılıq gecəsi keçiriləcək.


“Türkcə şeir və musiqi axşamı; Şəhərimiz Şeirimiz” adı altında keçiriləcək tədbir yanvarın 16-ı yerli vaxtla saat 16:00-dan 18:00-dək Zəncanın İmam Mədəniyyət Evinin İncəsənət Salonunda baş tutacaq.


Azərbaycanlı şairə həsr olunan yaradıcılıq gecəsi Zəncan Əyaləti İslami İrşad və Mədəniyyət İdarəsinin təşəbbüsü və “İşraq” Ədəbi Dərnəyin əməkdaşlığı ilə keçirilir.


Zəncan İslami İrşad və Mədəniyyət İdarəsinin rəsmisi İbrahim Qasimi keçiriləcək tədbir haqda qısa məlumat verərək bildirib ki, “bu tədbir zəncanlı yazıçı və şair Heydər Bayata həsr olunub, tədbir hər kəsə açıqdır.”

 

Heydər Bayat


Heydər Bayat 1976-cı ildə Zəncanın Ağbulaq kəndində dünyaya göz açıb. Hazırda Qum şəhərinin Elmi hövzəsində fiqh və fəlsəfə üzrə təhsil alan azərbaycanlı ziyalı 2000-ci ildən ədəbiyyat sahəsində eli fəaliyyətə başlayıb. O 2003-cü ildə Qum şəhərində “Türk Ədəbiyyatı Otağı” adlı mərkəz yaradıb. Tanınmış yazıçı həmçinin “Pəyam-i Qum” həftəlik dərgisinin türkcə bölümünün təsiscisidir.


Heydər Bayat bir çox şeir, məqalə, həmçinin türk dilində “Alma yolu şeir toplusu” və fars dilində “İki ayna arasında alma” kitabının müəllifidir.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar