SON XƏBƏRLƏR

Zəncanda daha 1 məhkum edam edilib

2021.10.20, 07:36
Zəncanda daha 1 məhkum edam edilib

Gunaz.tv

GünazTV: İranın Zəncan şəhərində qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 1 məhkum edam edilib. Hökm beş gün əvvəl icra olunsa da, bu barədə məlumat yenicə yayılıb. 

 

 İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, beş il əvvəl bacısını istəyən əmisi oğlunu qısqanclıq ucbatından içkili vəziyyətdə bıçaqlayaraq qətlə yetirən Mahnişan şəhər sakini məhkum Əlirza Sədayi, martın 11-i sübh saatlarında Zəncan şəhərinin zindanında dara çəkilib.

 

 Edam edilən şəxslərin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

 Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar