SON XƏBƏRLƏR

Zəncanda “Dil bilgisi” kitabının təqdimat mərasimi keçirilib

2021.10.20, 07:36
Zəncanda “Dil bilgisi” kitabının təqdimat mərasimi keçirilib

Gunaz.tv

GünAz TV: Azərbaycanlı yazıçı Həsən Rəfiinin “Dil bilgisi” kitabının təqdimatı və imza günü keçirilib.


Mərasim avqustun 19-da Zəncanın İmam Mədəniyyət Evində baş tutub.


Təqdimat mərasiminin “İşraq Ədəbi Dərnəyi”nin təşəbbüsü və Zəncan Əyaləti İslami İrşad və Mədəniyyət İdarəsinin əməkdaşlığı ilə keçirildiyi bildirilir.


Çoxsayda şair, yazıçı və ədəbiyyatsevər soydaşımızın qatıldığı mərasimdə cənab Kərimi, Bəyani və Təvəkkül Qənilu türk dilinin tarix və ədəbiyyatı, dillərin bölündüyü qruplar və türk dilinin qrammatikası mövzularında çıxış ediblər.


Mərasimin sonunda müəllif oxucuları üçün kitab imzalayıb.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar