SON XƏBƏRLƏR

Zəncanda koronavirus epidemiyasının sürətli yayılması ilə bağlı xəbərdarlıq / yoluxanların sayı 366 oldu

2021.10.20, 07:36
Zəncanda koronavirus epidemiyasının sürətli yayılması ilə bağlı xəbərdarlıq / yoluxanların sayı 366 oldu

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Zəncan əyalətində 1000 nəfərdən artıq insan Koronavirus infeksiyasının şübhəsi ilə xəstəxanalara yerləşdirilib.

 

Bu barədə Zəncan Tibb Universitetinin rəisi Pərviz Qızılbaş məlumat verib. Qızılbaşın sözlərinə görə, son 24 saatda daha 35 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.

Beləliklə Zəncan əyalətində 366 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib.

 

Qızılbaş fərvərdin ayının ikinci və üçüncü həftələrində (mart 26 - aprel 9) epidemiyanın yayılma zirvəsinə çatacağını deyib.

 

İnfeksiyanın əyalətdə daha uzun zaman təsirli ola biləcəyini istisna etməyən rəsmi, vətəndaşlardan evdə qalmalarını istəyib.

 

 

Qızılbaş koronavirusun əyalətdəki qurbanlarının sayı haqqında məlumat verməyib. Ancaq keçən gün infeksiyadan ölənlərin sayının 16 nəfərə çatdığı bildirilmişdi.

 

 

Qeyd edək ki, qeyri-rəsmi mənbələr İranda, o cümlədən Güney Azərbaycan əyalətlərində koronavirusa yoluxan və bu xəstəlikdən ölənlərin sayının rəsmi statistikadan qat-qat artıq olduğunu bildirir.

 

İranda koronavirusa yoluxma faktı ilk dəfə Qum şəhərində qeydə alındıqdan sonra hökumət şəhəri karantinə almağa qarşı çıxaraq virusun bütün ölkəyə, o cümlədən Güney Azərbaycana yayılmasına, yüzlərcə insanın qurban olmasına yol verdi.

 

Ü.F 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar