GünAz TV: Zəncan Tibb Universitetinin tədqiqat və texnologiya işləri üzrə rəis müavini əyalətdə koronavirusa yoluxanların sayının artmasından nigaranlığını bildirib.
Bu barədə Əlirza Şoğli martın 15-də keçirdiyi mətbuat konfransında çıxış edib.
“Zəncan Əyalətində koronavirusun bu sürətlə yayılması xüsusi nigaranlıq doğurur. Virus epidemiyası qısa müddətdə bir çox yeri bürüyüb. Virusa yoluxmuş hər xəstə 3, həta 4 nəfəri xəstəliyə yoluxdura bilər. Bu o deməkdir ki, yoluxma zəncirini qıra bilməsək, koronavirusun yayılması daha da sürətlənəcək.”- deyə o bildirib.
Universitet rəsmisi vuyğulayıb ki, son 22 saat ərzində koronavirusa yoluxanların sayına 24 nəfər əlavə olub. Bu rəqəm iki gündür təkrar olunur. Bu o deməkdir ki, Zəncan Əyaləti epidemiyanın pik həddinə tərəf sürüklənir.
Əlirza Şoğli koronavirusla bağlı jurnalistlərə məlumat verdiyi gün ölkənin Səhiyyə Nzirliyi Zəncan Əyalətində 201 nəfərin vurisa yoluxduğunu, 8 nəfərin isə bu xəstəlikdən öldüyünü elan etmişdir.
Qeyd edək ki, İran mediası epidemiyanın digər əyalətlərlə müqayisədə Zəncan Əyalətində bir neçə həftə gec başladığını, lakin sürətlə yayıldığını bildirir.
N.S