SON XƏBƏRLƏR

Zəncanda sel təhlükəsi barədə xəbərdarlıq edilib

2021.10.20, 07:36
Zəncanda sel təhlükəsi barədə xəbərdarlıq edilib

Gunaz.tv

GünAz TV: Zəncan Meteorologiya İdarəsinin rəisi dünən başlayan yağıntılardan sonra bölgə əhalisinə sel təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

 

Rəsul Hümməti Zəncan Əyalətində hava şəraitinin kəskin dəyişdiyinə işarə edərək bu vəziyyətin bir neçə gün davam edəcəyini bildirib.

 

“Cümə günündən yağıntılar başlayıb. Bu vəziyyətin bazar gününədək davam edəcəyi gözlənilir. Qeyri-sabit hava şəraiti dolu və qarla müşayiət oluna bilər.”- deyə o bildirib.

 

Zəncan Meteorologiya İdarəsinin rəisi vurğulayıb ki, yağıntıların artması nəticəsində çayların daşması və sel ehtimalı var. Əhali selin gözləndiyi yerlərdə və çayların ətrafında hərəkət etməsin. Bu günlərdə əhalinin evdə qalmasında böyük fayda var.

 

Rəsul Hümmətinin sözlərinə görə, gələcək günlərdə Zəncan Əyalətində hava kəskin soyuyacaq.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar