SON XƏBƏRLƏR

Zəncanlı öyrənci fəal Pərisa Rəfiinin məhkəmə iclası keçirilib

2021.10.20, 07:36
Zəncanlı öyrənci fəal Pərisa Rəfiinin məhkəmə iclası keçirilib

Gunaz.tv

GünAz TV: Tehran universitetinin öyrəncisi, zəncanlı Pərisa Rəfiinin avqustun 13-də məhkəmə iclası keçirilib.

 

Xanım Rəfii fevralın 25-də təhsil aldığı Tehran Universitetinin qapısının önündə təhlükəsizlik qüvvələri tərəfindən tutulub, o 23 gün saxlandıqdan sonra martın 19-da mülki vəsiqə qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb.

 

Azərbaycanlı öyrənci fəalın məhkəmə iclası hakim Əhmədzadənin sədrliyi ilə keçirilib.

 

Müttəhimin vəkili Səid Xəlili keçirilən məhkəmə iclası ilə bağlı açıqlama yayaraq müəyyən məsələlərə aydınlıq gətirib.

 

“Hakim Əhmədzadənin sədrliyi ilə keçirilən məhkəmə iclasına prokurorun nümayəndəsi qatılmayıb. Bütün dosye bir anlaşılmazlıq əsasında təşkil olunub. Müdafiə etdiyim şəxs yalnız bir öyrənci fəalıdır. O qanun çərçivəsində və universitetin daxilində bəzi idrəçilik işlərinə etiraz edib, elə ona qarşı irəli sürülən sistemin əleyhinə təbliğat aparmaq, həmçinin sözləşmə və toplaşma kimi ittihamlar da bu fəaliyyətlərlə əlaqədardır.

 

Onunla bağlı dosye ümumiyyətlə bir anlaşılmazlıqdan ibarətdir. Düşünülüb ki, müdafiə etdiyim şəxs solçuluq cərəyanlarına bağlıdır. Mən belə şübhələri aradan qaldırmaq üçün bir çox dəlil və sənəd təqdim etmişəm. Ümid edirəm ki, müdafiə etdiyim şəxsi yaxın zamanda bəraət qazanacaq”- deyə o açıqlamasının bir hissəsində qeyd edib.

 

Fotoqrafiya üzrə təhsil alan Pərisa Rəfii universitetdə mədəni və qanuni fəaliyətlərlə məşğul olub, O Tehran Universitetinin Öyrəncilər Şurasının üzvüdür. Fəal saxlandığı zaman, prokuror və müstəntiqlər onun vəkilinə bildirmişdir ki, Pərisa əməkdaşlıq tələbi ilə razılaşmır, ona görə də hüququnun təmin olunması ilə bağlı gözləntisi olmamalıdır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar