Zəngan bəndlərində suyun həcmi kəskin azaldı

2021-06-23 15:42

Yağıntının az düşməsi və havanın temperaturunun kəskin yüksəlməsi nəticəsində Zəngan əyalətinin su bəndlərinə axan su həcminin 70% azalıb.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə Zəngan əyalətinin Regional Su Şirkətinin başçısı İsmayıl Əfşari bildirib. O, mətbuata verdiyi açıqlamada Tarum bəndinə axan suyun son bir ayda sıfıra bərabər olduğunu bildirib.

"Hər il iyun ayında Tarum bölgəsinə axan su həcmi saniyədə 34.5 kubmetrə bərabər olurdu. Bu il bu sıfıra bərabərdir"-deyə, o vurğulayıb.

Qeyd edək ki, Zənganın Hidrometerologiya Departamentinin verdiyi məlumata əsasən cari yağış ilində əyalət ərazisinə 186/2 milimetr yağıntı düşüb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 52%, uzun müddətli müqayisədə isə 39/2% azalma deməkdir.

İsmayıl Əfşari əyalətdə təxminən 769 milyon kubmetr axıntı, 737 milyon kubmetr yeraltı su mənbəyi və 1,5 milyard kubmetr yenilənə bilən suyun olduğunu açıqlayıb.

O, bildirib ki, bundan öncə əyalətin su probleminin həlli üçün Şərqi Azərbaycan əyalətinin Aydoğmuş su bəndindən Zəngana su buraxılırdı. Ancaq ötən il nisbi yağıntı olduğu və əkin sahələrinin suvarıldığı üçün buna ehtiyac olmadı.

Ancaq 3 il ardıcıl olaraq Aydoğmuş bəndindən buraxılan su Zəngan əyalətinin əkinçilərinin müflis olmasının qarşısını aldı.

Qeyd edək ki, mayın ortalarında Zənganda su qıtlığı barədə əlaqədar məsul şəxslər xəbərdarlıq etmişdilər.

Əyalətin Su və Kanalizasiya Şirkətinin başçısı Əlirza cüz Qasimi cari ildə yağıntıların 50% azaldığını bildirib.

“Zəngan əhalisinin 80 faizinin yaşadığı Zəngan, Əbhər və Xürrəmdərə şəhərlərində içməli su təminatında problemlr var. Su qıtlığı ilə əlaqədar vətəndaşların su istehlakına qənaət etməsi zəruridir,”-deyə, o, deyib.

Bununla yanaşı mayın 27-də Zəngan əyalətinin Su və Kanalizasiya İdarəsinin direktor müavini Əli Məhəmməd Nadir Xani yeni yağış ilində yağıntıların miqdarında ötən illə müqayisədə 40 faiz, ümumilikdə isə 54 faiz azalma olduğunu açıqlayıb.

Əli Məhəmməd Nadir Xani əyalətdə quraqlığın başladığını və hal-hazırda 120-dən çox kənddə içməli su qıtlığının yarandığını deyib.

"Yağıntıların azalması yeraltı su qaynaqlarının tükənməsi ilə nəticələnib"-deyən direktor müavini qarşıdakı mərhələdə su böhranının daha şiddətli şəkil alacağına dair xəbərdarlıq edib.

Qeyd edək ki, hal-hazırda Güney Azərbaycan əyalətlərinin hamısında quraqlıq hökm sürür. 

Ərdəbil əyalətinin Su və Kanalizasiya İdarəsinin Baş direktorunun mayın 26-da verdiyi açıqlamaya görə, yay fəslinin başlamamasına, temperaturun normal olmasına baxmayaraq, əyalətdə su qıtlığı başlayıb və 122 kəndin içməli su təminatı su tankerləri vasitəsilə həyata keçirilir.

C.E    

 

Mövzu ilə bağlı digər xəbərləri buradan oxuya bilərsiniz:

İçməli su qıtlığı yaşayan Zəngan kəndləri boşalır

Zəngan Əbhər mahalında su qıtlığı: İcra nümayəndəsindən təhlükə xəbərdarlığı

Güney Azərbaycanda dəhşətli quraqlıq: Zənganda 120-dən çox kənd susuz qalıb

Zənganda su böhranı yaşanır
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

24 İyul Təbriz aksiyasında saxlanılanlardan 3-ü dindirilib

2021-08-01

gun az article

Qəzvində üç məhkum edam edilib

2021-08-01

gun az article

Milli fəallar Aydın Zakiri və Vəhid Xavəndinin ittihamları sübuta yetirilməyib

2021-07-31

gun az article

Təbriz aksiyasında saxlanılan fəal müvəqqəti azadlığa buraxılıb

2021-07-31

gun az article

Yanğının söndürülməsində Türkiyə və Azərbaycan yanğınsöndürənləri birgə iştirak edir

2021-07-31

gun az article

Zənganda son bir ayda 27 nəfər yol qəzalarının qurbanı olub

2021-07-31

gun az article

Vərziğanın milət vəkili Süngün mis mədəninin talanmasına bəraət qazandırıb

2021-07-31

gun az article

Üç türkmən jurnalist məhkəməyə çağırılıb

2021-07-31

gun az article

Milli fəal Əli Vasiqi məzuniyyətə buraxıldı

2021-07-31

gun az article

Xamneyinin nümayəndəsindən Allahşükür Paşazadəyə dəstək

2021-07-31

gun az article

Təbrizdə tarixi yer adları yenidən farslaşdırıldı- FOTO

2021-07-31

gun az article

“Traxtur”dan böyükhesablı qələbə- Təbriz klubu paytaxt təmsilçisini darmadağın etdi -VİDEO

2021-07-31

gun az article

Milli fəal Rza Vasiqi Ərdəbil həbsxanasına qayıdıb

2021-07-31

gun az article

GünazTV July.30.2021-Azadlıq səsi: İran rejimi dağılmağa doğru

2021-07-30

gun az article

GünazTV July.30.2021: Körpü: İran’da İnterneti Kəsmək

2021-07-30

gun az article

Təbrizli xeyriyyəçi məktəblilərin xərclərinin ödənilməsi üçün 4 qatlı bina bağışlayıb

2021-07-30

gun az article

24 iyul aksiyasında saxlanılan milli fəalların son durumu ilə bağlı məlumat açıqlandı

2021-07-30

gun az article

Tikintisi 14 ildir davam edən Təbriz-Əhər yolunun açılışı yenə ertələndi

2021-07-30

gun az article

Təbrizdə məhbuslara dəstək aksiyası: Şəhərdə afişalar yayıldı- FOTO

2021-07-30

gun az article

Şəhruz və Şahin Bərzgər qardaşlarının son durumu ilə bağlı məlumat açıqlandı

2021-07-30