“Fars” xəbər agentliyinin verdiyi bilgiyə görə, dünən 23 fevral tarixində, yerli vaxtla səhər saat 10 radələrində Zəngan əyalətinin Xudabəndə rayonunun Qeydar şəhəri 3 Şəhər Şurası üzvü həbs olunub.
Gunaz.tv
Xəbərdə həbs olunanların korrupsiyada günahlandırıldıqları bildirilsədə, mənimsəmənin hansı sahədə və nə qədər olduğu barədə bilgi verilməyib.
Yaxın vaxtlarda İranda Şəhər Şuralarına seçkilərin keçiriləcəyi müxtəlif qruplar və crəyanlar arasında rəqabətin artmasına səbəb olub.
Son bir neçə ay ərzində Təbriz, Urmu, Binab, Tikantəpə, Marağa, Soyuqbulaq, Tufarqan, Zəngan və başqa şəhərlərdə onlarla Şəhər Şurası üzvü və bələdiyyə məsulları həbs olunublar. Onların çoxunluğu korrupsiyada təqsirli bilinirlər.
Bir müddət öncə Tehran Şəhər Şurasının sədri Möhsün haşimi “İran bələdiyyələrində korrupsiyanın epidemiya xarakteri aldığını və bir çox idarələrin bütün qatlarında bunun göründüyünü” demişdi.
Qeyd edək ki, “Beynəlxalq Şəffaflıq Təşkilatı” yanvarın 28-də yayınladığı son illik hesabatında İranın korrupsiya dərəcəsinə görə 180 ölkə arasında 149-cu sırada olduğunu bildirib.
Hesabatda korrupsiyanın koronavirus epidemiyası və digər böhranların, xüsusilə fövqəladə halların iqtisadi nəticələri ilə səmərəli mübarizə aparmaq üçün ciddi maneə olduğu deyilir.
C.E