Zənganda daha 170 kənddə su qıtlığı yaranıb

2021-07-06 18:10

Güney Azərbaycanın Zəngan bölgəsində daha 170 kənddə su qıtlığı yaranıb. Bu barədə mətbuata açıqlamasında əyalətin Su və Kanalizasiya Şirkətinin başçısı Əlirza Cüz Qasimi məlumat verib.

Gunaz.tv Quote | Gunaz article

O, quraqlıq nəticəsində əyalətin daha 170 kəndində içməli su probleminin yaşandığını açıqlayıb.
 
Quraqlığa Qarşı Mübarizə Mərkəzinin toplantısında çıxışında Əlirza Cüz Qasimi bildirib ki, cari yağış ilində əyalətə 186 milimetr yağıntı düşüb.
Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 52%, uzun müddətli dövrlə müqayisədə isə 40% azalma deməkdir.
 
Əlirza Cüz Qasimi deyib ki, son 6 ay ərzində əyalətin çox bölgələrində orta quraqlıq, şiddətli quraqlı və dəhşətli quraqlıq hökm sürüb. 201 kənd daimi və bir sıra kəndlər isə ötəri içməli su problemi yaşayıb.
 
Başçılıq etdiyi şirkətin əyalətin kəndlərində yaşayan əhalinin 90%-nın su təminatına nəzarət etdiyini qeyd edən Su və Kanalizasiya Şirkətinin başçısı durumun acınacaqlı olduğunu diqqətə çatdırıb.
 
“Ötən ildən bu günə kimi 100 kənddə içməli su probleminin həllinə çalışmağımıza baxmayaraq, yenə də 170 kəndin içməli su problemini həll etmək mümkün olmayıb”-deyə, o, bildirib.
 
Əlirza Cüz Qasimi kəndlərin içməli su problemlərini səyyar və sabit su tankerləri vasitəsilə həll etməyə çalışdıqlarını söyləyib.
 
O, Zəngan və Mahnişan mahallarının kəndlərində içməli su baxımından əhalinin daha ağır durumda olduqlarını qeyd edib. Əlirza Cüz Qasimi adı çəkilən bölgələrə içməli su çatdırmaq üçün başçılıq etdiyi şirkətin yalnız 3 səyyar su tankerinin olduğunu bildirib.
 
Cüz Qasimi 150 kəndin içməli su çatışmazlığını həll etmək üçün əllərində 70 layihənin olduğunu nəzərə çatdırıb.
“Ancaq bunların icrası üçün bu günə kimi heç bir vəsait ayrılmayıb və son aylar davamlı elektrik kəsintiləri problemlərimizi ikiqat artırıb”-deyə, o, əlaqədar hökumət orqanlarını qınayıb.
 
Başçı deyib ki, elektrik kəsintiləri əldə olan məhdud su ehtiyatlarının tükənməsinə gətirib çıxara bilər.
“Belə davam edərsə vəziyyət daha acınacaqlı hal alacaq”-deyə, o, xəbərdarlıq edib.
 
C.E

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranın Ermənistana dəstəyinə etiraz edən 12 güneyli fəal məhkəməyə çağrılıb

2021-09-17

gun az article

İranda bu günə qədər "korona"dan 116 min 436 ölüb -RƏSMİ RƏQƏMLƏR

2021-09-17

gun az article

Ərdəbildə istehsalatda ölüm halları artıb: Son aylarda yüzlərlə işçi yaralanıb

2021-09-17

gun az article

Qarabağa gedən yük maşınlarına icazə kağızı verən ETTELAAT məmurudur

2021-09-17

gun az article

Qaşqay türklərinin tanınmış şairi vəfat edib

2021-09-17

gun az article

Zənganda içməli su qıtlığı: Kəndlər susuz qalıb

2021-09-17

gun az article

İranın şimal-qərbində terrorçu qrup zərərsizləşdirilib- Dövlət Sərhəd Xidməti

2021-09-17

gun az article

Həmədanın məşhur Ağ gölü quruyub

2021-09-17

gun az article

Zənganda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-09-17

gun az article

Zənganda 1000-dən çox layihənin icrası yarımçıq qalıb

2021-09-17

gun az article

Məlikanda çörək bahalaşdı

2021-09-17

gun az article

Şərqi Azərbaycanda savadlılıq səviyyəsi aşağı düşüb

2021-09-17

gun az article

Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

2021-09-16

gun az article

Həmədanda tarixi abidə dağılmaq üzrədir

2021-09-16

gun az article

Qəzvin şəhərinin meri vəzifəsinə SEPAH komandiri gətirildi

2021-09-16

gun az article

Qərbi Azərbaycan əyalətində təhsil işçiləri çatışmır

2021-09-16

gun az article

“Dünyanın fosil cənnəti” layihəsinin tamamlanma işləri yarımçıq qalıb

2021-09-16

gun az article

Qəzvinli idmançı Belçikada keçiriləcək dünya çempionatına qatılacaq

2021-09-16

gun az article

Milli fəal barəsində məhkəmə qərarı çıxarılıb

2021-09-16

gun az article

"Milyonlarla insanın həyatı təhlükədədir"- Azərbaycanlı millət vəkili İran prezidentinə müraciət etdi

2021-09-16