Zənganda su böhranı yaşanır

2021-05-18 16:56

Güney Azərbaycanın Zəngan bölgəsində su böhranı yaşanır. Bu barədə danışan əyalətin Su və Kanalizasiya Şirkətinin Baş direktoru Əlirza Cüz-Qasimi  qarşıdakı aylarda problemin daha dərinləşəcəyini deyib.

Gunaz.tv Quote | Gunaz article

Bu il yağıntıların ötən ilə nisbətən 50 faiz azaldığını vurğulayan Əlirza Cüz-Qasimi deyib ki, bu amil su qıtlığından əziyyət çəkən əyalət əhalisini daha da çətin duruma salıb.


Cüz-Qasimi Zəngan əyalətinin mənbələrində su səviyyəsinin keçən ilin eyni dövrünə görə yarıbayarı azaldığını bildirib.

“Zəngan əhalisinin 80 faizinin yaşadığı Zəngan, Əbhər və Xürrəmdərə şəhərlərində içməli su təminatında problemlr var. Su qıtlığı ilə əlaqədar vətəndaşların su istehlakına qənaət etməsi zəruridir,”-deyə, müdir söyləyib.

 Zənganda yayımlanan “Mardom-e No” qəzeti mayın 17-də əyalətdə su böhranına diqqət çəkib. Qəzet bununla bağlı xəbəri ilk səhifəsində yerləşdirib.

 Bir müddət öncə Əbhər şəhərində güclü daşqınların yaratdığı fəsadlara diqqəti çəkən qəzet su qıtlığının ciddi problemə çevrildiyini vurğulayıb. 

İSNA xəbər agentliyi də Zəngan əyalətinin Əbhər şəhərində baş verən daşqınlarla bağlı bazar günü “yenə yağış, yenə sel, yenə səhv idarəetmə problemi” başlıqlı reportaj yayıb.

Rəsmi statistikaya görə Zənganda 360 min abunəçi mövcuddur. Onlardan 248 min abunəçi şəhərlərdə yaşayır.

 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Şərqi Azərbaycanda "ağ ölüm" tüğyan edir: Ötən il narkotikdən ölənlərin sayı açıqlanıb

2021-06-24

gun az article

Tehranda Bağır xanın adı metro stansiyası üzərindən götürüldü

2021-06-24

gun az article

Urmu gölündə suyun səviyyəsi 57 santimetr azalıb

2021-06-24

gun az article

Ərdəbilin Yamçı su anbarının 70 faizi boşdur

2021-06-24

gun az article

Təbrizdə bir neçə yerdə yanğın baş verib-VİDEO

2021-06-24

gun az article

Marağada bəxbəxt hadisə: Hündürlükdən yıxılan işçi xəstəxanada öldü

2021-06-24

gun az article

Sulduzda avtobus qəzasında yaralanan jurnalist: “Açıq desinlər ki, sizi öldürmək planımız var idi"- VİDEO

2021-06-24

gun az article

Həsən Dəmirçinin anım günüdür: Böyük maarifçi ziyalının ölümündən 3 il ötür

2021-06-24

gun az article

Sulduzda dəhşətli qəza: Jurnalistləri daşıyan avtobus dərəyə aşıb, ölən və yaralanan var-FOTO

2021-06-24

gun az article

Əsəri Avropada qızıl medal alan, çayda boğulan təbrizli yazıçı- Anım günüdür-VİDEO

2021-06-24

gun az article

GünazTV June.23.2021-Görüş: İranda prezident seçkilərinin nəticəsi, Batı Azərbaycanda birliyimizin hərakatımıza təsiri

2021-06-24

gun az article

"Amnesty International"dan xəbərdarlıq: İranda 20 yaşlı gənc yaxın günlərdə edam ediləcək

2021-06-23

gun az article

Həmədanda COVİD-19-a yoluxma sayı yenidən artıb

2021-06-23

gun az article

Zəngan bəndlərində suyun həcmi kəskin azaldı

2021-06-23

gun az article

Səreyinin tarixi Kanzaq kompleksi baxımsız qalıb: Abidənin bərpasına pul ayrılmır

2021-06-23

gun az article

Xomeyninin nəticəsi türkləri işğalçı və talançı adlandırdı

2021-06-23

gun az article

İranın Atom Enerjisi Təşkilatının binasına hücum olub

2021-06-23

gun az article

Zənganın Əbhər şəhərində azərbaycanlı gənc həbs edilib

2021-06-23

gun az article

Kürdlər Urmuda siyasi aksiya keçirməyə çağırış edib

2021-06-23

gun az article

İranın “Bərəkət” dərman kompleksinə dron hücumu olub-FOTO

2021-06-23