Yağıntının azalması Zənganda ciddi problemlər yaradıb

2021-06-09 14:36

Güney Azərbaycanın Zəngan bölgəsində yağıntının miqdarının azalması ciddi problemlər yaradıb. 

Gunaz.tv Quote | Gunaz article

Bu barədə Zəngan əyalətinin Meteorologiya Departamentinin baş direktoru Məhəmmədrza Rəhman məlumat verib. O, əyalətdə yağıntının miqdarının ciddi şəkildə azaldığını və bunun bir sıra problemlərə səbəb olduğunu deyib.

Məhəmmədrza Rəhman “MEHR” informasiya agentliyinə verdiyi açıqlamada cari yağış ilində əyalətə düşən yağıntının 186 mm olduğunu, bunun ötən ilin eyni dövrü ilə meqayisədə 38 faiz azaldığını bildirib.

Zəngan əyalətinin Kənd Təsərrüfatı İdarəsinin Əkinçilik Bölməsinin baş direktoru Hüseyn Amiri isə mətbuata verdiyi açıqlamada əyalətdə taxıl istehsalının ötən ilin eyni dövrü ilə müqayisədə 50 faiz, uzun müddətli müqayisədə isə 40 faiz azaldığını deyib.

Bunun əsas səbəbinin quraqlıq olduğunu deyən baş direktor cari əkin ilində Zənganda 18532 hektar ərazidə buğda əkildiyini, bunun 18235 hektarının süni suvarılan, 297 hektarının isə dəmyə sahələr olduğunu qeyd edib.

Zəngan əyalətinin Su və Kanalizasiya İdarəsinin direktor müavini Əli Məhəmməd Nadir Xani də mayın sonunda  “İRNA”ya verdiyi açıqlamada bu məsələyə toxunub. 

O, əyalətdə quraqlığın hökm sürdüyünü və Zənganın bir çox kəndlərində içməli su ilə bağlı problemin yarandığını söyləyib.

Əli Məhəmməd Nadir Xani deyib ki, əyalətdə quraqlıq başlayıb və hal-hazırda 120-dən çox kənddə içməli su qıtlığı yaranıb.
Onun sözlərinə görə, son 20 ildə ölkədə hökm sürən quraqlığın fəsadları Zəngan əyalətində də görünməyə başlayıb. 

"Yağıntıların azalması yeraltı su qaynaqlarının tükənməsi ilə nəticələnib"-deyən direktor müavini qarşıdakı mərhələdə su böhranının daha şiddətli şəkil alacağına dair xəbərdarlıq edib.

Nadir Xani deyib ki, rəsmilər hələ də ölkədə quraqlığın yaratdığı təhlükə barədə düşünmür, bunun sel, tufan və başqa təbii fəlakətlərdən daha çox ziyanlı olduğuna diqqət yetirilmir.

Direktor müavini ötən ilin yay aylarında əyalət üzrə içməli su problemi olan kəndlərin sayının 201 olduğunu, bunların çoxunluğunun isə əyalətin Zəngan və Xudabəndə mahallarında yerləşdiyini bildirib.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV June.23.2021-Görüş: İranda prezident seçkilərinin nəticəsi, Batı Azərbaycanda birliyimizin hərakatımıza təsiri

2021-06-24

gun az article

"Amnesty International"dan xəbərdarlıq: İranda 20 yaşlı gənc yaxın günlərdə edam ediləcək

2021-06-23

gun az article

Həmədanda COVİD-19-a yoluxma sayı yenidən artıb

2021-06-23

gun az article

Zəngan bəndlərində suyun həcmi kəskin azaldı

2021-06-23

gun az article

Səreyinin tarixi Kanzaq kompleksi baxımsız qalıb: Abidənin bərpasına pul ayrılmır

2021-06-23

gun az article

Xomeyninin nəticəsi türkləri işğalçı və talançı adlandırdı

2021-06-23

gun az article

İranın Atom Enerjisi Təşkilatının binasına hücum olub

2021-06-23

gun az article

Zənganın Əbhər şəhərində azərbaycanlı gənc həbs edilib

2021-06-23

gun az article

Kürdlər Urmuda siyasi aksiya keçirməyə çağırış edib

2021-06-23

gun az article

İranın “Bərəkət” dərman kompleksinə dron hücumu olub-FOTO

2021-06-23

gun az article

İran hökuməti Təbrizdən İrəvana aviareys açmağa hazırlaşır

2021-06-23

gun az article

Təbrizdə sağlıq ocaqları yerli xeyriyyəçilərin hesabına tikilir

2021-06-23

gun az article

Təbrizdə özbaşınalıq: Bələdiyyə məmurları yaşlı qadının evini dağıdıb-VİDEO

2021-06-23

gun az article

Qərbi Azərbaycanda zəlzələ baş verib

2021-06-23

gun az article

GünazTV June.22.2021-Özümüz: Türkçülük Qılığında Azerbaycan Düşmənliyi

2021-06-23

gun az article

GünazTV June.22.2021-GÜNDƏM MASASI: İrandakı “seçkilər” və kütlənin siyasi mesajı.

2021-06-22

gun az article

"BBC Persian"dan Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik

2021-06-22

gun az article

Qərbi Azərbaycanda 5 tondan çox narkotik maddə aşkar edilib

2021-06-22

gun az article

İran iqtisadiyyatının durumu açıqlandı: "Son yarım əsrdə iqtisadi artım sıfıra bərabər olub”

2021-06-22

gun az article

Rəştdə türk namizədlərin qələbəsi münasibətilə konsert verilib-VİDEO

2021-06-22