Zənganın ölümə aparan yolları: Ən azı 1600 kilometr yol təmir edilməlidir

2021-06-12 14:30

Güney Azərbaycanın Zəngan bölgəsində ən azı 1600 kilometr yol təhlükəli sayılır.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə Zəngan əyalətinin Yollar və Nəqliyyat İdarəsinin baş direktoru Əbdülhüseyn Əli Əkbəri bildirib. 

Onun sözlərinə görə, əyalətdə ilkin olaraq 1620 kilometr yolda təhlükəsiz hərəkətin təmin olunması üçün təmir işləri həyata keçirilməlidir.

Əbdülhüseyn Əli Əkbəri bu gün iyunun 12-də mətbuata verdiyi açıqlamada Zəngan-Qəzvin, Zəngan-Təbriz yollarının və əyalətlər arası bir sıra başqa yolların, o cümlədən Zəngan-Bicar, Qaydar-Həmədan, Sultaniyə-Qeydar yollarının standartlara uyğunlaşdırılması, təhlükəsizlik səviyyəsinin artırılmasına ehtiyac olduğunu deyib.

O, bərpa və təmir işlərinin aparılması üçün 330 milyon tümən vəsait lazım olduğunu, bu məqsədlə ayrıca vəsait nəzərdə tutulmadığına görə, başqa sahələrə ayrılan büdcədən maliyyələşdirmək istədiklərini qeyd edib.

Əbüdlhüseyn Əli Əkbəri aparılacaq işlər üçün 50 ağır və nisbətən ağır texnikanın, 150 işçinin cəlb olunmasına ehtiyac olduğunu deyib.

Zəngan əyalətində il boyu çox sayda yol qəzaları nəticəsində yüzlərlə insan həyatını itirir, minlərlə insan xəsarət alır.

Əyalətin Yol Polisi İdarəsinin rəis əvəzi polkovnik Mehdi Minaxani dünən “İRNA” informasiya agentliyinə verdiyi açıqlamada bu ilin aprel-may aylarında baş verən yol qəzalarında ən azı 28 nəfərin həlak olduğunu açıqlayıb. 

Mehdi Minaxani bu sayın ötən ilin eyni dövrü ilə müqayisədə 33% artdığını bildirib.

Onun dediyinə görə, ötən il Zəngan əyalətində baş verən yol qəzalarında 208 nəfər həyatını itirib. 

Mehdi Minaxani deyib ki,  öncəki illə müqayisədə qəzalarda azalmanın səbəbi pandemiya ilə əlaqədar qoyulan məhdudiyyətlərdir. 

Zəngan əyalətində 5 min 840 kilometr yol mövcuddur. Onlardan 200 kilometri azad yol, 113 kilometri magistral, 342 kilometr ana yol və 974 kilometri isə dolayı yollardır.

Qeyd edək ki, qəzaların əsas səbəbi yolların təhlükəsizlik qaydalarına uyğun olmamasıdır. Bundan başqa avtomobillərin qeyri-standart olması da yol qəzalarında insan itkisini artıran faktorlardandır. 

Bir müddət öncə İran Parlamentinin İctimai Komitəsinin rəhbəri qəzaların əsas səbəblərindən danışıb. 
O, yol qəzalarının əsas baiskarının keyfiyyətsiz avtomobillər olduğunu bildirib. 

Daxildə avtomobil istehsalının monopoliyada olduğunu vurğulayan komitə rəhbərinin fikrincə, xaricdən idxal edilən avtomobillərin rüsumunun çox olmasını əhalini keyfiyyətsiz “Pride” maşınlarına  üstünlük verməyə sövq edir.

 
C.E

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

24 İyul Təbriz aksiyasında saxlanılanlardan 3-ü dindirilib

2021-08-01

gun az article

Qəzvində üç məhkum edam edilib

2021-08-01

gun az article

Milli fəallar Aydın Zakiri və Vəhid Xavəndinin ittihamları sübuta yetirilməyib

2021-07-31

gun az article

Təbriz aksiyasında saxlanılan fəal müvəqqəti azadlığa buraxılıb

2021-07-31

gun az article

Yanğının söndürülməsində Türkiyə və Azərbaycan yanğınsöndürənləri birgə iştirak edir

2021-07-31

gun az article

Zənganda son bir ayda 27 nəfər yol qəzalarının qurbanı olub

2021-07-31

gun az article

Vərziğanın milət vəkili Süngün mis mədəninin talanmasına bəraət qazandırıb

2021-07-31

gun az article

Üç türkmən jurnalist məhkəməyə çağırılıb

2021-07-31

gun az article

Milli fəal Əli Vasiqi məzuniyyətə buraxıldı

2021-07-31

gun az article

Xamneyinin nümayəndəsindən Allahşükür Paşazadəyə dəstək

2021-07-31

gun az article

Təbrizdə tarixi yer adları yenidən farslaşdırıldı- FOTO

2021-07-31

gun az article

“Traxtur”dan böyükhesablı qələbə- Təbriz klubu paytaxt təmsilçisini darmadağın etdi -VİDEO

2021-07-31

gun az article

Milli fəal Rza Vasiqi Ərdəbil həbsxanasına qayıdıb

2021-07-31

gun az article

GünazTV July.30.2021-Azadlıq səsi: İran rejimi dağılmağa doğru

2021-07-30

gun az article

GünazTV July.30.2021: Körpü: İran’da İnterneti Kəsmək

2021-07-30

gun az article

Təbrizli xeyriyyəçi məktəblilərin xərclərinin ödənilməsi üçün 4 qatlı bina bağışlayıb

2021-07-30

gun az article

24 iyul aksiyasında saxlanılan milli fəalların son durumu ilə bağlı məlumat açıqlandı

2021-07-30

gun az article

Tikintisi 14 ildir davam edən Təbriz-Əhər yolunun açılışı yenə ertələndi

2021-07-30

gun az article

Təbrizdə məhbuslara dəstək aksiyası: Şəhərdə afişalar yayıldı- FOTO

2021-07-30

gun az article

Şəhruz və Şahin Bərzgər qardaşlarının son durumu ilə bağlı məlumat açıqlandı

2021-07-30