Zəngəzur gərginliyi: “Bu məsələ 10 noyabr Bəyanatında razılaşdırılıb”-Politoloq

2021-05-17 10:34

Zəngəzurda sərhədlərin demarkasiya ilə bağlı Azərbaycan və Ermənistan hərbçilərinin apardığı danışlqların nəticələri barədə ilkin məlumatlar yayılır. Yayılan məlumata görə,  Zəngəzurda hər birində 15 əsgər olmaqla Azərbaycanın 4 mövqeyi olacaq.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə Zəngəzurun sabiq qubernatoru Vaqe Akopyan məlumat verib. 

Onun sözlərinə görə, razılığın əldə edilməsində sülhməramlıların komandanı Rüstəm Muradovun səyləri də rol oynayıb.

Sabiq qubernatorun sözlərinə görə, gölə bitişik ərazidə bərabər sayda-hər biri  dörd post olmaqla Azərbaycan və Ermənistan hərbçiləri mövqe tutacaq.

Belə məlum olur ki, Azərbaycan hərbçiləri nəzarət etdikləri ərazidə postlar quracaq.

Danışıqların nəticələri ilə bağlı rəsmi məlumat hələki yayılmayıb.

Gənc Demokratlar İnstitutunun sədri, politoloq Yeganə Hacıyeva bildirib ki, bu cür məlumatların tirajlanması doğru deyil:

Yeganə Hacıyeva: “Beynəlxalq təşkilatlar Ermənistanın cinayətlərinə hələ də  səssiz qalırlar” – MÜSAHİBƏ – Yenicag.Az

“Dünəndən Laçın Qarağöl ətrafında “danışıqlarda” bir neçə bənd göstəməklə “ermənilərlə filan razılaşmaya gəlinib” başlıqlı yazılar tirajlanır. Öncəliklə onu deyim ki, bu məsələ dünən deyil, 10 noyabr Bəyanatında razılaşdırılıb. 

44 günlük müharibədə erməni Müdafiə Nazirliyinin “dezinformasiya”larını tirajlayan bloqerlərin elan etdikləri “yeni razılaşmalar” da sifarişçisi elə prosesi yenidən geri çəkmək cəhdində olan Ermənistandır. 
Onlar bunu niyə edir aydındır, Azərbaycan mediası bunu niyə tirajlayır bu aydın deyil. 

Qazağın kəndləri və ətraf örüş əraziləri, Naxçıvanın Sədərək rayonunun Kərki kəndi və ətraf örüş yerləri Azərbaycanın işğal olunmuş əraziləridir və o ərazilərdə Azərbaycan dövlətinin mövcudluğunu bərpa etmək Dövlət Sərhəd Xidmətinin borcudur”. 

Politoloq deyib ki, Ermənistan eyni tərsliyi digər ərazilərin qaytarılması prosesində də göstərə bilər: “Erməni tərəfi isə eyni mövqeyi Qazaxda da göstərəcək.

Naxçıvan tərəfdə isə əsl erməniliklərini ortaya qoyacaqlar və Emmanuel Makron erməni dilində ultimatumları onda daha çox göndərəcək, çünki bu bölgədə də həm də Türkiyə faktoru var.  Kəlbəcərdə Çinarlı və Zoğ yataqları ərazisində sərhəd xətlərinin müəyyənləşməsində nisbətən sakitlik o demək deyildi ki, diğərlərində də belə sakit-sözə baxan olacaqlar. 

Ümumiyyətlə isə Ermənistanı bu mövzularda sakitləşdirmək Rusiyanın öhdəliyidir və Rusiya Federasiyasının Prezidenti Putin 3 gün öncə Paşınyana 10 noyabr razılaşmalardakı bəndlərə əməl etmək vacibdir” mesajını verib”. 

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ağdamda itkin düşən şəxsin minaya düşərək öldüyü məlum olub

2021-06-17

gun az article

İranda daha 1 namizəd İbrahim Rəisinin xeyrinə prezident seçkisində iştirakdan imtina etdi

2021-06-17

gun az article

Azərbaycan pambıq ixracından qazancını 2 dəfədən çox artırıb

2021-06-17

gun az article

Azərbaycan və Türkiyə prezidentləri Bakıda Türkiyə-Uels oyununa baxıblar - FOTOLAR, VİDEO

2021-06-16

gun az article

Ermənistanın 1064 hərbçisi müharibədə itkin düşüb

2021-06-17

gun az article

DSX Laçında 2 hərbçinin ölümü ilə bağlı rəsmi açıqlama yaydı

2021-06-17

gun az article

Bayden Putinlə söhbətinin "pozitiv" keçdiyini bildirib

2021-06-17

gun az article

Daha yeddi ölkənin vətəndaşlarının Azərbaycana səfərinə icazə verilib

2021-06-16

gun az article

Cenevrədə Rusiya və ABŞ prezidentləri arasında görüş başlayıb

2021-06-16

gun az article

İsrailin texnologiya şirkətləri Qarabağda fəaliyyət göstərə bilər

2021-06-16

gun az article

Türkiyə Prezidenti: "Qarabağı birlikdə inşa edəcəyik"

2021-06-16

gun az article

Rafael Qrossi: “Nüvə sazişini canlandırmaq üçün İranda yeni hökumətin iş başına gəlməsinə qədər gözləməliyik”

2021-06-16

gun az article

Ərdoğan Milli Məclisdə çıxış edir - CANLI

2021-06-16

gun az article

İranda mühafizəkar namizəd İbrahim Rəisinin xeyrinə prezident seçkisində iştirakdan imtina edib

2021-06-16

gun az article

“NATO ilə əməkdaşlığın daha da genişləndirilməsini istəyirik” – Hikmət Hacıyev

2021-06-16

gun az article

Türkiyəli ekspert: “Şuşa Bəyannaməsi ilə Ermənistanın özbaşınalığının qarşısı alınacaq”

2021-06-16

gun az article

İran rəsmisi: “Prezident seçkilərinin nəticəsi şənbə günü elan ediləcək”

2021-06-16

gun az article

İranda 210 deputat İbrahim Rəisi ilə bağlı prezidentliyə namizədlərə müraciət etdi

2021-06-16

gun az article

Milli Qəhrəman Əliyar Əliyevin məzarı bərpa olunub - FOTO

2021-06-16

gun az article

“Sülhməramlılar gedəcək, Xankəndi Azərbaycanın nəzarətinə keçəcək”-İlham İsmayıl 

2021-06-16