Zərif: “Amerika çox təhlükəli bir oyuna başlayıb”

22.05.2019, 10:59

GünazTV: İranın xarici işlər naziri Məhəmmədcavad Zərif mayın 22-də CNN telekanalına müsahibəsində Amerikanın körfəzdə hərbi varlığını gücləndirməsinin təlükəli həddə çatdırılmasından danışıb.

 

Amerhikanın “USS Abraham Linkoln” təyyarə daşıyan gəmisinin körfəz regionuna göndərilməsini “provokativ addım” adlandıran  Zərif bildirib ki, Amerika nüvə sazişinə qayıtmayana qədər, rəsmi Tehran Vaşinqtonla danışıqlara başlamayacaq: “Amerika öz hərbi qüvvələrini bölgəyə göndərməklə çox təhlükəli bir oyuna başlayıb. Bu isə hesab edirik ki, çox-çox təhlükəli provokativ bir addımdır.

 

Bildiririk ki, Amerika nüvə sazişi ilə bağlı üzərinə götürdüyü öhdəliklərin icrasına başlamayana qədər, İran İslam Respublikası Tramp hökuməti ilə hər hansı bir müzakirə aparmayacaq” –deyə Məhəmmədcavad Zərif vurğulayıb.

 

 

Qeyd edək ki, İranın körfəzdə Hörmüz boğazını neft daşıyan beynəlxalq gəmilərin üzünə bağlayacağı ilə bağlı təhdidlərinə cavab olaraq, ABŞ Müdafiə Nazirliyi iki həftə əvvəl Amerikanın “USS Abraham Linkoln” təyyarə daşıyan gəmisini, B-52 strateji bombardımançılarını və “Patriot” zenit-raket kompleksini bölgəyə göndərib.

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Rusiya hərbçiləri Severodonetski ələ keçirib

2022-06-25

gun az article

Çavuşoğlu və Blinken telefonla danışdı

2022-06-25

gun az article

İranlı Norveçdə gecə klubuna hücum edib-Ölən və yaralananlar var

2022-06-25

gun az article

İran mollası həbsdəki əlaltısına görə Azərbaycanı hədələdi

2022-06-25

gun az article

Ceyhun Bayramov Avstriya səfiri ilə görüşüb

2022-06-25

gun az article

Ərdoğan və NATO Baş katibi arasında telefon danışığı olub

2022-06-25

gun az article

"Qız məktəblərində kişi müəllimlərin dərs deməsi qadağandır"-İran Təhsil Nazirliyi

2022-06-25

gun az article

İranda 13 milyon nəfər marginal bölgələrdə yaşayır

2022-06-25

gun az article

Britaniyanın Baş naziri: "Putinin qələbəsi fəlakətə səbəb olacaq"

2022-06-25

gun az article

Türkiyədə İrana bağlı daha 3 terror qrupu həbs edilib

2022-06-25

gun az article

Kərəcdə daha iki məhkum edam edilib

2022-06-25

gun az article

"Çətinliklər yalnız dini qaydalara əməl olunacağı təqdirdə həll ediləcək"-Məşhədin cümə imamı

2022-06-25

gun az article

İranda vəba xəstəliyi yayılıb

2022-06-25

gun az article

Bakıdan Füzuliyə ilk müntəzəm avtobus reysi açılıb

2022-06-25

gun az article

Avropa Birliyinin nümayəndəsi gözlənilmədən Tehrana səfər edib

2022-06-25

gun az article

Azərbaycanın ABŞ-dakı səfiri Prezident Cozef Baydenlə görüşüb

2022-06-25

gun az article

Son bir ayda İrandakı edam sayında rekord

2022-06-25

gun az article

Ukraynada Rusiyanın 4 generalı, 21 polkovniki öldürülüb

2022-06-24

gun az article

Mehdiabad kitabxanasında kəşfiyyatçı İlkin Nəcəfovla görüş keçirilib

2022-06-24

gun az article

Qazaxıstandan Bakıya təyyarə reysləri açılır

2022-06-24