SON XƏBƏRLƏR

Zərif: “Amerika ilə müzakirə aparmaq qeyri-mümkündür”

2021.10.20, 07:36
Zərif: “Amerika ilə müzakirə aparmaq qeyri-mümkündür”

Gunaz.tv

GünazTV: Mayın 16-da Tokioya səfər edən İranın xarici işlər naziri Məhəmmədcavad Zərif Yaponiyanın baş naziri Şinzo Abe ilə görüşündən sonra jurnalistlərə açıqlamasında İranla Amerika arasında danışıqlar aparılmasının mümkünsüzlüyündən danışıb.

 

Zərif, yapon jurnalistlərindən birinin ona verdiyi “Siz İranla Amerika arasında yaşanan çaxnaşmanın azaldılması üçün Vaşinqtonla qarşılıqlı danışıqlar aparılmasını vacib sayırsınızmı” sualını belə cavablandırıb: “Yox, Amerika ilə müzakirə aparmaq qeyri-mümkündür. Buna heç cürə imkan yoxdur. Trampın İranın tezliklə Amerika ilə müzakirə aparmaq istəyəcəyi ilə bağlı son bəyanatına gəlincə, mən ABŞ prezidentinin niyə bu qədər əmin olduğunu bilmirəm. Bu tamamilə səhv bir fikirdir. Hazırda regionda yaşanan gərginliyə gəlincə isə, hesab edirik ki, bölgədə çaxnaşmanın olması heç kəsin xeyrinə deyil. Bu çaxnaşmanı İran başlamayıb – deyə Zərif vurğulayıb.

 

Xatırladaq ki, Tramp mayın 15-də “Twitter” səhifəsində yazdığı bir statusda, Orta Şərq siyasəti ilə bağlı hökumətində hər hansı bir fikir ayrılığı olmasını rədd edib: “Washington Post, və hətta ondan da saxta xəbərlər yayan “New York Times” qəzetləri hökumətim daxilində mənim Orta Şərqdə yürütdüyüm kəskin siyasətim barədə ixtilaf və fikir ayrılığı olması barədə dastanlar yazıb yayıblar. Halbuki hökumət daxilində əsla belə bir şey yoxdur. Düzdür, müxtəlif fikirlər səsləndirilir. Lakin son qərarı mən verirəm. Bu isə çox sadə bir prosesdir. Əminəm ki, İran tezliklə bizimlə müzakirə aparmaq istəyəcək” –deyə Tramp əlavə edib.

 

 

Qeyd edək ki, son həftələr ərzində rəsmi Vaşinqtonla Tehran arasında münasibətlər son dərəcə kəskinləşib. ABŞ Müdafiə Nazirliyi isə son günlər İran təhdidlərinə cavab olaraq, körfəzə “USS Abraham Lincoln” təyyarə daşıyan gəmisi, B-52 strateji bombardımançılar və “Patriot” zenit-raket kompleksi göndərib.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar